Page 35 - Yuri Trifonov
P. 35
Qoca

mülkәdarlarını görmәyә gözü yoxdu. Bu üç zümrәdәn olan adam-
lar hәyatda onu çox incitmişdilәr, and içmişdi ki, onlardan inti-
qamını alsın. Hәmin qış mәn lәzzәtlә Nik Karter vә Con Vilson
haqda nazik bir kitab oxuyuram, onlardan birinin Qribovla cәngә
girmәsini gözüm önünә gәtirirәm...

Budur, onunla üz-üzә gәlirәm. Bu, axşamüstü dördümüz –
mәn, Volodya, Asya vә yaxın vaxtlarda Sibirdәn qayıtmış anamın
qardaşı Şura ilә xizәk sürmәk üçün gәldiyimiz meşәli dağda baş
verir. Şura! Mәn hәlә ona göz qoyurdum. Şura mәni çox cәlb
edirdi. Aleksandr Pimenoviç vә ya anamın diliylә desәk, Şura
çox da sinli deyil, otuz yaşı olar, amma bişib-qaralmış birisidi,
üzündә lәkәlәri, çapıqları var, çal başı daz qırxılıb vә gözlüyünün
sağanağı metaldandı. Anam onun dәyişdiyini deyir. Onlar uzun
illәr görüşmәmişdilәr. Şura inqilabçıdı, amma bu, hansı inqilabdı
vә nәylә tanınır – mәlum deyil, soruşmaq olmaz, bu qaydaları
yaxşı bilirәm. Hәrdәn evimizә dә müәmmalı adamlar gәlir vә
onlarla necә davranmağı yaxşı bilirәm. Bununla belә, anamdan
bәzi şeylәrin gerçәyini öyrәnmәyә sәbrim çatmır. Şuranın peşәsi
nәdi? – İnqilabçı. Başa düşürәm, bәs hansısa müfәssәl bir peşәsi
varmı? – Peşәkar inqilabçıdı. Bәs inqilabçı olana qәdәr nәylә
mәşğul idi? Anamın bildiyi qәdәr, o, hәmişә inqilabçı olub. Bala-
ca olanda kilsә mәktәbindә oxuyub vә elә o zaman... Onun birin-
ci inqilabda drujinaçı olduğunu, sürgünә göndәrildiyini, qaçaqçılıq
etdiyini, gözәtçini öldürdüyünü vә katorqaya göndәrildiyini tәd-
ricәn öyrәnirәm. Şura Piterә Aleksandr Pimenoviç kimi, Danilov
kimi deyil, İvan Spridonoviç Samoylenko kimi gәlmişdi, bu isә
mәni tәәccüblәndirmir. Anam da ayrı soyad vә başqa ad daşıyır.
Hamı elә bilir ki, o, Revel şәhәrindәn olan meşşan bir qadındı,
Anastasiya Fyodorovna Merkedi. O isә İrina Pimenovna Danilovadı –
әrinin soyadıyla Letunovadı, Novqorod quberniyasından olan
kәndli bir qadındı.

Dağın belindә dayanıb üzüaşağı sürüşmәyә hazırlaşırıq, As-
ya qorxur, şaqqıldayıb gülür, imtina edir, xizәklәri çıxarıb piyada
enәcәyini deyir, biz ona ürәk-dirәk veririk vә birdәn şam ağac-
larının arasından әyinlәrindә yarımkürk, üç nәfәr peyda olur.

35
   30   31   32   33   34   35   36   37   38   39   40