Page 37 - Yuri Trifonov
P. 37
Qoca

odunlar çatırtıyla yanır... Volodya başını aşağı salıb, masanın ar-
xasında mәyus-mәyus oturmuşdu. Onu başa düşürәm. Ümumiy-
yәtlә, fikirlәşirәm ki, yersiz hәrәkәtindәn sonra bu cür üzünü
bozardaraq soyuqqanlıqla oturub çay içmәk üçün yaxşıca tәmkin
yiyәsi olmalısan. Çay süfrәsi dinc şәkildә davam edir, Konstantin
İvanoviç Şuradan Sibir haqda soruşur, amma ehmallıca, onun
oralarda etdiklәrinә eyham vurmadan xәbәr alır, söhbәt mәdәndәn,
әhalinin mәnәviyyatından gedir, müharibә, qocalar barәdә,
Almaniyanın gücünü itirmәsindәn, epidemiyalardan, casuslardan,
rüşvәtdәn, soyğunçuluğun vә zorakılığın artıb-çoxalmasından
danışırlar. Bütün bunlar barәdә Konstantin İvanoviç bir hüquqşünas
kimi dәqiqliyiylә bilir. İnanıram ki, heç bir mәqsәd güdmәdәn,
sırf sadәlövhcәsinә, gic bir ürәyitәmizlik ucbatından Asya qәfil
Volodyaya: “Heyif, Volodya, sәn qaçdın, o quldur çox mehriban
adammış!” Quldur kimdi? Kim qaçıb? Sorğu-sual başlayır, әsas
mәsәlә barәdә biz birtәhәr susub Qribovdan danışırıq, Volodya
qәfil pörtmüş halda yerindәn sıçrayıb qalxır, nәdәnsә üzünün
yuxarısı, gözlәri, alnı qıpqırmızıydı vә o yüyürüb otaqdan çıxır.

Yelena Fyodorovna pıçıltıyla: “Nә baş verib?” soruşur.
“Qribov peyda olanda, bax belәcә başını götürüb qaçdı...”
“Hәә.. qorxmuşdu?” – Alekseyin gözündә kam alırmış kimi
sevinc dolu bir tәәccüb işığı yanır. Asya qorxu içindә baxır. O,
mәyusluq içindә gözünü döyür. Neylәsin: Volodyanın dalınca
getsin, yoxsa onu burada müdafiә etsin? Mәn öz ehtimalımı söy-
lәyirәm: o, enişdә dayanmışdı, xizәklәrinin altı çox sürüşkәn idi,
yüngülcә bir tәrpәniş bәs elәyirdi ki, üzüaşağı götürülsün vә
daha saxlaya bilmәsin. Bәs niyә qayıtmadı? Qribovla әn azı on
beş dәqiqә söhbәt edilmişdi. Cәnablar, qorxaqlıq mahiyyәtcә nә
demәkdi? Şüurun ani keylәşmәsidi. Bu isә, istәsәz dә, istәmәsәz
dә, iradәsizliyә sәbәb olur. Mәn Volodyanın arxasınca getmәyә
can atıram, amma Yelena Fyodorovna “lazım deyil” deyir.
Konstantin İvanoviç söylәyir: “Hüquqi baxımdan qorxaqlıq
insana aid olan elә bir xüsusiyyәtdir ki... Taqansevin yazdığına
görә, cәzalandırmaq olmaz...” – “Bәs müharibә şәraitindә necә?” –
“Hә, hә, tәhlükәdәn yayınmaq cinayәt sayılmaqla cәzalandırılır...”
Şura isә deyir: insanın elә anı olur ki, hәmin an, beyindә hәr şeyi

37
   32   33   34   35   36   37   38   39   40   41   42