Page 38 - Yuri Trifonov
P. 38
i Trifonov

yandırıb keçmәklә qara-qorxu hissinә toxunub onu körüklәyir.
Bircә anda o, artıq dağdan aşağı sürüşdü, dayana bilmәdi, geri
dönmәyi bacarmadı, üzümüzә baxmağa gücü çatmadı, dözә
bilmәdi. Dünyada hәr şeyi qanun vә maddәlәrlә tәyin etmәk
olmaz. Yox, olar. Hәtta lazımdı. Dünyanın dayanıqlı olmasının
rәhni budur. Çürümüş cәmiyyәti siz dayanıqlı dünya sayırsız?
Onun çürüklüyü qanunla tәnzimlәnmәnin azlığından irәli gәlir.
Bu qanunlar çox zәifdir. Lәnәt şeytana, bütün hakimiyyәt gözümüz
önündәdir! Bu mәbәd dağılıb gedir, siz isә hansısa qanunlardan
dәm vurursuz! Onu ancaq qanunlar xilas edә bilәr. Bu zaman
dünya iki qismә bölünür: mәhkәmәyә aid olanlar vә olmayanlar.
Yerdә qalanını bәs neylәyәcәksiz? Yerdә qalan-filan yoxdu. Elә
şey olarmı? Heç olmasa, şәxsi vicdan mәhkәmәsi ki, olmalıdı.
Belәdә, qorxu anı ömürlük cәza ola bilәr. Qanunun nәhәng
gücünü, Konstantin İvanoviç deyir, örnәk gәtirib izah edirәm.
Deyәk ki, Volodya qorxub. Siz meşәdә cinayәtkarlarla rastlaşdığınız
çәtin anda qaçıb. Şükür Tanrıya, hәr şey yaxşı qurtarıb, cinayәtkarlar
sizә ziyan vurmayıb. Amma bәdbәxtlik baş versәydi...

Volodya paltolu-papaqlı içәri girdi, gәlib bu sözün üstünә
çıxdı, bәlkә dә, hәr şeyi eşitdi. Onun üzünü heç vaxt unutmaram:
baxışları donub-durmuş oyuncaq üzünә oxşayırdı. Heç kimә bax-
madan üzünü boşluğa tutub: “Şәhәrә çıxıb gedirәm, xahiş edirәm,
arxamca gәlәn olmasın, tәqib edәnә atәş açacam...” – deyir vә
tapançasını göstәrir.

Quruyub qaldığımız bu bir neçә dәqiqә keçәndәn sonra biz
onun ardınca götürülürük. Amma bağça vә yol tamamәn qaranlığa
bürünmüşdü. O, yoxa çıxır. Stansiyada da yoxdu. Dörd gündәn
sonra Kamışinedә yaşayan anasından teleqram gәlir. Amma bu
dörd gün...

Hamının başına gәlib. Mәnim dә hәmçinin. Qorxu anı –
fiziki deyil, ölüm ölüm gәtirmir – mәhz ağlın çaşması vә ürәyin
üzülmәsidi. Güzәşt anıdır. Bәlkә dә, özünüdәrk anıdır? Bundan
sonra isә insanın dili açılır: bir dәfә önünüzdә gücsüz duruma
düşmüşәm, amma daha heç vaxt belә olmayacaq. İyirmi sәkkizinci
il idi. Yox, otuz beşinci. Qalya dedi: “Sәnә dәhşәtli dәrәcәdә
yazığım gәlir. Bunu sәn demirsәn, mәn deyirәm, uşaqlarımız

38
   33   34   35   36   37   38   39   40   41   42   43