Page 61 - Yuri Trifonov
P. 61
Qoca

tәlәb edәcәk. İndi isә, bu dәqiqә, bu saniyә, tәcili olaraq onu
görmәyin mümkünsüzlüyünә görә ağlayırdı. Hәlә o axşam
tәlәbәlәrlә bağlı bәzi hadisәlәrdәn dә danışdı: dәrnәkdәn qovul-
maqdan, taleyinin asılı olduğu privat-dosentlә1, inzibatçı әclafla
söhbәtdәn, xalçanın üstündә alçaldıcı duruşdan, nәhәng masanın
arxasında özgә millәtdәn olan hәşәrata oxşar birisindәn, qapıda
miskincәsinә durmuş lakeydәn, deyinib-donquldanmalardan,
anasına rәhm edilmәsindәn ötrü yalvarışlarından... “Yalvarışı
yeganә olaraq ondan ötrü edirdim ki, – deyir – bu dәfә qovulmağıma
anam dözә bilmәyәcәkdi. Soyuq bir tәrzdә: “Nәyә görә ananızın
dәrdini bizә yüklәyirsiz? Vaxtında qayğısına qalaydız” – cavabını
verdilәr. Anam dözmәdi. Uzun müddәt bir şirin anın hәsrәtini
çәkdim, o xalçalı kabinetә gәlmәyi Avstraliyadakı yuxularımda
görüb ümid bәslәyirdim, tanrıdan dilәyirdim ki, orada heç nә
müsadirә edilmәsin, hәmin masanın arxasındaca oturmuş olsun
vә masanın üstünü pәncәsiylә hәşәratvari cırmaqlasın vә mәn
onun hulqumundan yapışıb boğazlayım: Yadına gәlirәm, heyvan?..”

Mәncә, әlә keçirib yaxalamışdı onu. Düzdü, kabinetdә deyil,
sahil küçәsindәki qapıçısı, lakeyi olan hәmin mülkdә deyil, Fin-
landiya vağzalında yaxalamışdı – onu kupedәn çamadanqarışıq
sürüyüb çıxartmışdı, bircә saat geciksәydi, it dә gedәcәkdi, ip dә.
Dekabrda Şiqontsev var-yatır gizlәdәnlәri yolub-buraxdı vә bu
işdә xeyli uğur qazandı. Küçәdәn atışma sәslәri gәlir. Otaqlar
çox soyuqdu. Atәş sәslәri gәlәn zülmәt gecә uzanır, bәtnindә
düşmәnlәr, tәhlükә, sui-qәsd, müәmma, şamlar әriyib axır, uğultu
eşidilir, iki katorqaçı çörәk yeyir, çay içir, Volodya getdi, anam
mürgülәyir, mәnsә qulaq asıram, әsnәyirәm, xәyallara qapılıram,
anlayıram. Rusiyada hәr şey alt-üst olub, dağılıb-gedib, uçub...
Gecәyarısı, hamının uzanıb-yatdığı bir vaxtda, anam Şuranın
otağına girir – yeri gәlmişkәn, mәnzil çox böyükdü, hәrәyә bir
otaq düşür, – vә sakitcә soruşur: “Necә bilirsәn, Leonti ağıllıdı?”
Qapı açıq olduğuna görә mәn hәr şeyi eşidirәm. Şura susub:
“Çılğınlığı ağlından çoxdu. Mәn odlu-alovludu deyәrdim lap...” –
“Mәnsә küyçüdü deyәrdim” – söylәyir anam. Hәr ikisi gülür.
Onlar bir-birini aşırı dәrәcәdә sevәn insanlardı.

1privat-dosent – inqilabdan əvvəl ali məktəblərdə ştatda olmayan dosent

61
   56   57   58   59   60   61   62   63   64   65   66