Page 59 - Yuri Trifonov
P. 59
Qoca
Xüsusilә baharda tökülüşüb gәlmişdilәr, hәftәlәrlә bizdә qalmışdılar,
amma bu, nәsә bir az gecikib. Bu, hardan gәlib bәs?
“Avstraliyadan” – deyir Şiqontsev. Tam doğrudur, Şuranı To-
bolsk katorqasından tanıyır. Sonra onu Dağlıq Zerentuya, ardınca
sürgünә ötürmüşdülәr, oradan qaçaraq, gedib Avstraliyaya çıxmış,
iki ay öncә isә Vladivostoka qayıtmışdı. İndi isә iki gündü Piter-
dәdir. “Hәlә heç kimi görmәmişәm, heç nә bilmirәm, ilk işim
Aleksandrı axtarmağa başlamağım olub. Tobolskda od-alovun
içindә axı biz çox arzulayırdıq ki, inqilab baş verәndә Piterdә
birlikdә olaq. Vә haqqımızı tәlәb edәk”. Hansı haqqı? “Hәr cür!
Hәr şeyә haqqımız çatır! Bütün dünya bizә borcludur!” Şiqontsev
qollarını geniş açır, sanki tәsәvvür etdiyi dünyanı vә ya çox kök
bir qadını qucaqlayıb bağrına basır, qollarını silkәlәyir, qeyri-
tәbii bir coşquyla vә açıq-açığına gülümsünüb göz vurur, onun
gözlüyünün altında hiylәgәrlik yağan, kiçik vә kömür qarasına
bәnzәr gözlәrinin necә parladığını görürәm. O, söhbәt edәrkәn
sanki qәzәbdәn, sәbirsizlikdәn ağır-ağır nәfәs alaraq dişlәrini
qıcamağı vә qıcadaraq da göstәrmәyi xoşlayır. Heç vaxt belә eh-
tiraslı, bir qәdәr dә gülmәli inqilabçı görmәmişdim. Evimizdә
әvvәllәr olan insanların hәr biri tәmkinli, susqun adamlar idilәr.
Bu isә gecә sabahacan ağzını yummaq bilmir. Şura vә anam
gәlirlәr, çay içmәyә otururuq, Volodya Şuradan bilet barәdә
soruşur, o isә harasa zәng edir, bu işlә bağlı tapşırıq verir, anam
son yeniliklәrdәn söhbәt açır: Duxonini kәnarlaşdırıblar, praporşik
Krılenko Ali baş komandan seçilib, ayın on ikisindә Tәsis Yığın-
cağına seçkilәr olacaq vә bütün bunlar Şiqontsevin dediklәrinә
qarışır vә belә desәk, daha yaxşı olar: onun susmaq bilmәyәn
danışığıyla müşayiәt olunur.
Şiqontsev, hәtta ona qulaq asan olmayanda belә danışır.
Görünür, danışmaqdan yana susayıb vә imkanı daxilindә dildәn
ütükdü... İlahi, elә bir şey varmı ki, o haqda danışmasın! – Sibir-
dәn qaçması barәdә, duxoborlar1, gizli tiryәkxanalar, menşeviklәrin
xәyanәtlәri, dәnizdә üzmәsi, Avstraliya, kommuna hәyatı, dostluq
1duxobor – pravoslav kilsəsi mərasimlərini rədd edən dini təriqətlərə mənsub
adamlar
59