Page 84 - Yuri Trifonov
P. 84
i Trifonov
Metal Zavoduna aid iki әdәd 10000 kilovoltluq turbogeneratordan
ibarәt ikinci mәrhәlәni mәnim gәlişim öncәsi bitirmişdilәr. Buxar
qazanları artıq istismara verilmişdi, turbogeneratorlar isә... – hә,
burada artıq düşmәn әli vardı! – buxar әla mәsrәflә fәrqlәnsә dә,
qurğunun nizamlanıb-tәnzimlәnmәsindә böyük qüsurlar vardı.
Qurğu daim dağılma hәddindәydi. Zülm çәkirdik! Üçüncü mәrhәlә
isә hәlә tәzә-tәzә hazırlanırdı. Qazanlar asma qәfәslәr üzәrindә
olmalıydı. Mәsәlә qәfәsdә dә deyildi, hәlә heç onları zavod
hazırlamamışdı, problem ondaydı ki, 10 metr eni olan qazanlara
qarışdırıcıyla xidmәt göstәrmәk olmurdu, bu, sadәcә mümkün
deyildi. Turqayaş kömürünә isә mütlәq qarışdırıcı әlavә etmәk
vacib idi. Neylәmәli, Moskvaya raport yazırıq! Bildiririk ki,
asma qәfәslәri tozyandırıcıyla әvәzlәmәk lazımdı. Moskva narazı
qalır. Komissiya göndәrirlәr. Mәnimlә razılaşırlar, yeni avadanlıqlar
alırıq, qızdırıcıları ingilis firması “Kombasşen”ә sifariş veririk...
Bir ay sonra qәfildәn mәni Moskvaya çağırırlar. Niyә? Nә azarları
vardı ki? “Moskvada izah edәrlәr. Gedin!” Müvәkkil nәsә bilir,
qalanları isә çiyinlәrini çәkirlәr. Qalya olduqca narahatdı. Bu,
onun zәif tәrәfidi: hәlledici anlarda tәskinlik verә bilmir, bütün
görünüşü, hәyәcanıyla durumu daha da gәrginlәşdirir. Hәtta
üstümә düşdü ki, uşaqlarla birgә mәnә qoşulub Moskvaya getsin,
bir yandan Ruska da xәstәydi, güclә razı salıb qarşısını aldım.
Qәfәslәrin dәyişdirilmәsindә tamamilә haqlı olduğum mәlum
olandan sonra bu sirli çağırış mәni, hәqiqәtәn, narahat edirdi.
Qatarda qәfildәn hәr şey aydın olur. Qәzet aldım vә orada açıq-
aydın yazılmışdı: ““Kombasşen”in himayәsi altında ziyankarlıq”.
Mәni vә mühәndis Sulimovskini ittiham edirlәr. Turqayaş elektrik
stansiyasına görә deyil, Zlatousta görә. Guya artıq hamı “cinayәtini
boynuna alıb”. Hakimiyyәt әsas tәqsirkarları cәzalandırmağı
mümkün hesab edib, texniki icraçıları – mәni vә Sulimovskini
isә yox. Bunlar hamısı “Kombasşen”ә hәsr edilmiş bütöv bir
qәzet sütununda verilmişdi. Gecә qatarda, tәbii ki, gözümә yuxu
getmir. Bu, nәsә bir cәfәngiyyatdı. Әgәr ziyankaramsa, niyә
hәbs edilmәmişәm? Әgәr tәqsirim yoxdusa, barәmdә cinayәtkar
kimi yazmağa kimin nә haqqı var? Sәn demә, hansısa bir mәhkә-
mә prosesi gedir, mәn isә tәqsirlәndirilәn şәxsәm vә bu haqda
84