Page 89 - Yuri Trifonov
P. 89
Qoca
Braslavskinin yanına qaçdığım o gecә haqda Volodya vә Asya
heç nә bilmir. Şiqontsevin yanına qaçmağın xeyri yoxdu. Onun
beyni sünidi. Braslavskinin yanına qaçdım. Vәziyyәt elәydi ki, o
an hәr şeyә qadir idim – onu da, özümü dә güllәlәyә bilәrdim.
Әsas odur ki, hәmin mart gecәsi direktiv artıq mәrkәz
tәrәfindәn lәğv edilmişdi, amma bizim xәbәrimiz yoxuydu! Don
İnqilab Komitәsi bunu bilsә dә, bәyan etmәyә tәlәsmirdi. O
gecәni necә unuda bilәrәm axı? Nәmişlik, iy-qoxu, uzaqların qır-
mızı şәfәqlәrindә çaxan ildırımlar... Mәn sәfeh vә cәsarәtli bir
uşaqdım, elә bil qızdırma içindәydim, titrәyirdim. Bircә şey
bilirdim: bu gecә hәll olunmalıdı, vәssalam. O, “Karfagen kimi”
uzağa “gedәcәk”, uzağa, getdikcә lap uzağa, rәqәmlәrin әhәmiyyәti
yoxdu, bu yolun sonu görünmür. Qapının ağzında çömәlәrәk
tüfәnglәrini dizlәri arasına qoymuş çinlilәr oturmuşdu. Pulemyotçu
kandardaca yatmışdı. Sonuncu pәncәrәdәn işıq gәlirdi. Demәk,
yatmayıb! Açılacaq sәhәr öncәsi zülm çәkir. Necә çәkmәsin axı?
İçimdә bir ümid baş qaldırır: bәlkә, yola gәtirdim? Son günlәr
sifәtinin qızartısı qaralıb-tündlәşib, albalı rәnginә çalır, ovurdları
daha da şişib, baxsan, deyәrsәn ki, ya çaxır içib, ya da ölümcül
xәstәdi. Hәr şey dan sökülәnәcәn hәll olmalıdı. Qapını itәlәdim.
Bir nәfәr kәtildә әylәşib, qalife şalvarının balaqlarını çırmalayıb,
ayaqlarını lәyәndә isti suya qoyub. Vә çaydandan qaynar su
tökür lәyәnә. Buna heyrәt edirәm! “Matvey, bu nәdi? Xәstә de-
yilsәn ki?” İnsanların özlәrinә qaynar suyla işgәncә verdiyini
heç vaxt görmәmişdim. Onların necә qılıncdan keçirilmәsini,
necә güllәlәnmәsini görmüşdüm, amma ayaqlarını qaynar suyla
necә pörtdüklәrini yox.
“Görünür, qan mәni dağıdır artıq, beynimә vurur. – dedi, –
zәli lazımdı, amma onu hardan tapasan axı?” Staroselskidәn olan
әczaçı düşmәn çıxdı, artıq yoxdu. Güllәlәnib. Buyruqçu tәzә
çaydan gәtirir. Baxıram ki, ayaqları tamamilә çәhrayı rәngdәdi,
bişib, o isә yenә dә su tökür. Qeyri-insani bir iradә. “Sәn buna
necә dözürsәn?” – “Bir qayda olaraq dözürәm. Bundan da pis
yandırır, amma dözürәm”.
Mәn ona buradaca, “qol qoya bilmirәm, bacarmıram, imtina
edirәm. Nә istәyirsiz elәyin. Qoy mәnә güllәlәnmә versinlәr”, –
89