Page 85 - Yuri Trifonov
P. 85
Qoca
qәzetdәn xәbәr tuturam. Qatar mәnzilbaşına sәhәrçağı yetişir.
Birinci növbәdә hara gedim, görәsәn? Şuranın yanınamı? Әlbәttә,
Şura yaxınlar içindә әn yaxınımdı, amma o, iş başında deyil ar-
tıq, uzaqlaşdırılıb, pensiyaya göndәrilib. Ondan ancaq mәslәhәt
almaq olar... Ona mehmanxanadan zәng edirәm. Hәr şeyi bilir,
izaha ehtiyac yoxdu, qәzetlәrdәn oxuyub. “Bu saat Alyoşka Çev-
qunun yanına get!” Ünvanını verdi, Çevqun o zaman prokuraturada
işlәyirdi. Bunu bilirdim. Amma on üç ildi görmәmişdim. Özümdә
qәrara aldım ki, qәti etiraz edim, Birlәşmiş Dövlәt Siyasi İdarәsinә
әrizә yazım vә günü bu gün aparım Lubyankaya. Әgәr düşmәnәmsә –
buyurun, mühakimә edin! Çevqun “Kamennı most”un yanında
böyük bir binada yaşayır. Sәhәr saat sәkkizdi. Mәni kabinetindә
qәbul edir, sakit vә tәmkinlidi, birlikdәyik deyә sevincәk olduğu
üçün deyә bilmirәm. Әrizәni göstәrirәm, o, birdәn oxuyur vә
kreslodan sıçrayır. “Sәn neylәmәk istәyirsәn? Başın xarab olub,
deyәsәn?! Heç nәdәn mәhv olub gedәrsәn! Nә mәn, nә Şura sәni
qurtara bilmәrik. Heç yana getmә, heç bir әrizә-filan da vermә!”
Müdrik mәslәhәt idi.
Şuranın sayıqlamaları cansıxıcıdı – Slaboserdovda qapanıb
qalıb. Gah qorxunc bir sәslә bağırır: “Mәn sizә Slaboserdovu
vermәrәm! Slaboserdovu rahat buraxın!” Gah kimәsә yalvarmağa
başlayır: “Tanrı xatirinә, xahiş edirәm, dostlar... Belә olmaz axı,
bu cür öldürmәk olmaz axı... And verirәm sizә, Slaboserdovu
öldürmәyin...”, gah da anlaşılmaz şeylәr kәkәlәyirdi. Qәribә cür
xәstәdi, başqa adama çevrilib sanki az qala, bu, ağlın gülünc bir
çatışmazlığıdı: onlarla, yüzlәrlә insan mәhv olduğu halda, daim
eyni adı vird elәyir. Amma o, özünә gәlir, çarpayısının yanında
durmuş Leontiyә vә mәnә aydın nәzәrlәrlә baxaraq güclә
eşidilәcәk bir sәslә, eyni zamanda tәlәbkarlıqla soruşur: “Müәllim
Slaboserdovla nә baş verir?” Leonti cavab verir: “Ciddi bir şey
yoxdu. Baş vermәli nә lazım idisә, o da baş verir”. – “Nә?”
Mәsәlә hәll olub, deyir. Belә bir mәsәlә yoxdu artıq. Şura polad
sağanaqlı gözlüyünü götürür, burnunun üstünә qoyur, Leontiyә
vә mәnә baxaraq gözlәrini yumur. Leonti pıçıldayır: “Yenә sayıq-
layır...”
85