Page 95 - Yuri Trifonov
P. 95
Qoca

yad qocalardan savayı, heç kim vә heç nә qalmayan, bu üzdәn
mәşәqqәtә çevrilәn bu son sığınacağı tәsәvvür edirdi. Mәgәr
orada belә xoşbәxtlik ola bilәrdimi ki, pәncәrәnin altında nәvә
müәmmalı şәkildә qışqıra: “Sәn ona bәdәlini artıqlamasıyla ödә-
mişdin?” Qocalar evi haqda söhbәtlәrdә bağçalar, xalılar, kitabx-
analar, televizorlar nә qәdәr çox qeyd edilirdisә, Pavel Yevqrafoviçin
ürәyini bir o qәdәr çox sıxıb üşüdürdü – bu evlәrin tәmtәrağı
müsәlmanların cәnnәtini xatırladırdı. Uşaqlardan, nәvәlәrdәn
ayrılmaq – Qalyadan son qalanlarla vidalaşmaq demәk idi. Amma
şükür Tanrıya, onu belә bir tәhlükә gözlәmirdi. Polinanın Qocalar
evi haqqında rahatca söhbәt açması onu heyrәtә salırdı.

– Bu nә sәfehlikdi?! – o, incik halda söylәdi. – Günü bu gün
Zinkayla – sәnin kürәkәninlә danışacam. Onlar havalanıblar yoxsa?

– Onlar bilmirlәr. Hәlә demәmişәm.
– Niyә bunlar ağlına gәlib?
– Necә yәni niyә, Paşa... – sanki Polinanın dili dolaşdı:
desinmi, demәsinmi? Arıq, paltar yumaqdan, zәnbil daşımaqdan
damarları çıxmış әllәrini hәyәcanla ovxaladı, – Paşa, mәn onlara
gәrәk deyilәm.
– Cәfәng şeylәr üyüdüb-tökmә! Sәfehlikdi bu! Çıxart başından! –
qışqırdı o.
– Yox, Paşa, әsl hәqiqәtdi. Qalmağım Alyona balaca olanda
lazım idi, indi o qәdәr dә yox... İndi, hәtta yükә çevrilmişәm...
Onlar üçilliyә Meksikaya getmәyә hazırlaşırlar, Alyonanı isә in-
ternata vermәk istәyirlәr. Bir dә ki, ümumiyyәtlә, biz onlara
lazımıqmı heç?
Pavel Yevqrafoviç susdu. Bütün bunlar onun xoşuna gәlmirdi.
Birincisi, “biz” nә demәkdi? Eynilәşdirmәk nәyә lazım? Fәrqli
mövqelәrdә olan tamamilә ayrı insanları eynilәşdirmәk olmaz.
İkincisi, bu sәfeh ifadәlәrdә qismәn dә olsa hәqiqәt vardı, әsas
xoşagәlmәzliyin dә sәbәbi bu idi. Bir dә ki, Polinanın gәldiyi
qәrar cәsarәt tәlәb edirdi, belә bir hissin bu miskin qarıda olmasını
o, güman etmirdi vә özünü pәrt, hәtta alçaldılmış sayırdı. Düşünüb
daşınandan sonra yalnız bunları deyә bildi.
– Belә bir mәqamda bәs Aqrafenanın evinә niyә iddia edirlәr?
– Xәbәrim yoxdu. Mәn onların işinә qarışmıram. Paşa, lütfәn,
bir neçә kәlmә...

95
   90   91   92   93   94   95   96   97   98   99   100