Page 102 - Yuri Trifonov
P. 102
i Trifonov

Prixodko onu ortalığa çәkir... Anlamaq olmur niyә, onsuz da ev
Kandaurova qalacaq...

– Niyә anlamaq olmur? Yaxşı anlaşılır...
– Oynayın, maestro! Atın görәk kartı!
– Hәtta çox yaxşı anlaşılır – Kandaurovu yaxşıca sağmaq
istәyir. Axı nә qәdәr çox iddiaçı olsa, başa düşürsüz dә, o qәdәr
dә...
– İzvarin? Sankamı? – Ruslan qışqırdı. – Doğrudanmı o, hәlә
sağdı?
Bütün axşamı vә gecәni onlar kartları şappıltıyla çırpa-çırpa
çәrәnlәyә bilәrdilәr. Pavel Yevqrafoviç bağçaya tәmiz hava udma-
ğa düşәcәyini dedi, indicә ağlına gәldi ki, bayaqkı xoşagәlmәz
söhbәt qәlbinә yük olmasın deyә yubanmadan Prixodkonun
yanına getsin. Amma bu barәdә heç kimә bildirmәk istәmirdi.
Әlağacını götürüb kandardan endi. Bağçada qaranlıq vә bürküydü.
Avqust axşamlarında güclü әtir saçan dekorativ floksun vә tütünün
adi şirin qoxusu artıq hiss olunmurdu. Hamısı quruyaraq bürüşüb
yanmışdı. Qaranlığa bürünmüş ağacların başı üstündәki ulduzların
gümüşü çalarlarına bәlәnmiş solğun göy üzündә qızıla çalan ay
doğmuşdu. Pavel Yevqrafoviç әlağacıyla cığırı taparaq kolların,
cökә pöhrәliyinin tünlüyündәn adlayıb, hәyәtyanı sahәnin dәrin-
liklәrinә aparan yola çıxdı. Onlar Prixodko ilә söhbәtin xoşagәlmәz
olacağından duyuq düşüblәr, amma heç kim dә bilmir ki, niyә
belәdi. Bunu bilәn adamlardan sağ qalanı yoxdu. Tәkcә Qalya
bilirdi. O, Prixodkoya salam vermirdi. Heç vaxt nә onunla, nә ar-
vadıyla salamlaşmırdı, düzdü, arvadının burada heç bir tәqsiri
yoxuydu, amma Qalya әyilmәz adam idi. O deyirdi: “Sәn necә
istәyirsәn elә, onunla salamlaşa da, çay içib beynәlxalq vәziyyәtdәn
danışa da bilәrsәn, öz işindi, amma o, mәnim ürәyimә yatmır.
Prixodko mәnimçün ağ bir bitdi vә belә olaraq da qalacaq. Çünki
әrimi bircә yol incidәni ömürlük düşmәnim sayıram”. O belәydi!
Әlağacı daşa dirәnәn Pavel Yevqrafoviç dayanıb göy üzünә
baxdı, gözlәrindәn yaş süzüldü. Qalya sağ olsaydı, onu Prixodkonun
yanına getmәyә qoymazdı. “Sәn gedib o bitdәn nәdәn ötrüsә
xahiş edәcәksәn? O isә yanında şeşәlәnәcәk, özünü sәnin xilaskarın
kimi aparacaq?” Uşaqların xatirinә, Qalya, nәsә etmәk lazımdı

102
   97   98   99   100   101   102   103   104   105   106   107