Page 106 - Yuri Trifonov
P. 106
i Trifonov

– Bilirsiz, Valya, mәncә, – o, ehtiyatla demәyә başladı, – siz
bir mәsәlәdә haqlı deyilsiz: ona içmәyә icazә verirsiz...

– Ah, onun nә dәxli var?
O, әllәriylә üzünü qapayıb, bәrkdәn içini çәkib hıçqırmağa
başladı. Nәfәsi kәsilirdi sanki nәsә demәk istәyirdi, alınmırdı.
– Mәn daha bilmirәm, ona nәyin icazәsini vermәk olar... ki,
o... hәr şeyә icazә vermişәm... Olsun!.. Nolacaq ki?
– Bax, elә bu lazım deyil.
– Mәn bilirәm, onun o gonbul başdanxarabla nәsә macәrası
olub...
– Kiminlә? – Pavel Yevqrafoviç soruşdu, özü dә öz sözünü
malaladı. – Bir sözlә, maraqlı deyil heç, bilmәk dә istәmirәm.
Mәn sizin işlәrinizә burnumu soxmaram, bu heç lazım da deyil...
Tәkcә Aqrafena Lukiniçnanın ev mәsәlәsindә cәhd göstәrәcәm...
Prixodkoyla danışacam...
– Kimә lazımdı axı o ev? Cәhәnnәm olsun o yana... –
Valentina gözlәnilmәz bir acıqla göz yaşları içindә dillәndi. –
Ora arvad gәtirmәkdәn ötrü istәyir? Hәlә bir Prixodkodan gedib
xahiş-minnәt edilmәlidi! Әladı!
“Bunun da Prixodkodan zәhlәsi gedir”, – fikirlәşdi Pavel
Yevqrafoviç.
Bir qәdәr oturduqdan vә nәsә mәnasız tәsәlliverici sözlәr
söylәdikdәn sonra durub yoluna davam elәdi. Hәr şey dolaşıb
bir-birinә qarışmışdı. Bәzilәri evi istәyirdi, bәzilәri yox – heç nә
anlamaq olmurdu. Valentinaya yazığı gәlmәyi dә çox çәkmәdi.
Niyә yazığı gәlәcәkdi ki? O, cavandı, gümrahdı. Prixodkonun
bağında, açıq vә aynabәndsiz eyvanda işıq yanırdı. İki qarı oturub
çay içirdi, bәlkә dә, kart oynayırdılar vә ya süfrә örtüyü döşәmә-
yәcәn sallanan masanın arxasındakı hörmә kreslolarda әylәşib
sadәcә söhbәtlәşirdilәr. Sısqa, cılız bir küçük cır sәslә hürә-hürә
masanın altından, süfrәnin sallanmış әtәklәrinin ardından çıxaraq
Pavel Yevqrafoviçin qarşısını kәsdi vә içәri girmәyә qoymadı, o
da heç içәri girmәyә hazırlaşmırdı, taxta çәpәrin üstündәn salam-
laşdı vә ona nә cavab verildiyini anlamağa çalışdı. Küçüyün hür-
mәsindәn heç nә eşidilmirdi. Qarılardan biri – Prixodkonun ar-
vadı, gur çalsaçlı yaşlı qadın nәsә deyә-deyә ona gülümsünürdü,

106
   101   102   103   104   105   106   107   108   109   110   111