Page 109 - Yuri Trifonov
P. 109
Qoca
“Bir dә axı, tam düzünü desәm... – pıçıldadı – Sağlamlığım
polad kimidi axı” – “Sağlamlığınız polad kimidi – Angelina gü-
lümsәyәrәk dedi. – Amma analizlәrsiz ixtiyarım yoxdu. Sabah
sәhәr tezdәn gәlin. Ya da birigün, istәdiyiniz vaxt. İstәsәm belә,
әlimdәn gәlmәz, başa düşürsünüzmü? Mәn çәtinlik çәkirәm. Axı
siz yoxuşa asanca çıxan oğlan uşağısız. Hәm dә maşınınız var.
Dünәn sizin göy rәngli gözәl bir “Volqa”ya necә oturduğunuzu
gördüm. Hәlә hәkimlә tibbi kabinetdә tәklikdә daha bir xoşbәxt
mәqam olacaq. Hәlәlik!” O, barmaqlarıyla vida jesti edәrәk tәlә-
sik çıxıb getdi. Oleq Vasilyeviç arxasınca qışqırdı: “Meksikadan
nә gәtirim?” Angelina geri dönmәdәn cavab verdi: “Kaktus!”
O, bu mikroskopik uğursuzluqdan dilxor oldu – bu gün
arayışı qarayaxalıq edib alacağına ümidvar idi, sabahkı günü
necә başlamağı düşünürdü. Heç cür alınmadı. Sabah bağda
olmaq, evin mәsәlәsini hәll etmәk, adamlarla söhbәtlәşmәk
lazımdı, bu günsә min dәnә iş var, bir yandan da saat beşdә,
Svetlana... Demәyin vaxtıdı. İndi Pribaltikaya hazırlaşır, qayıdanda
isә, bәlkә dә, o, artıq olmayacaq. Belә ki, vidalaşmaq, hәm dә
әmәlli-başlı vidalaşmaq gәrәkdi. Tәbii ki, ümumi formada,
deyirdi, Svetlana nәzәrdә tutulanlar haqda bilir, amma konkret
olaraq... Mәsәlә ondadı ki, işlәr ağlasığmazcasına acı bağırsaq
kimi uzandı. Gah elә, gah belә, gah hә, gah yox. Gah yarım
ildәn, gah bir ildәn sonra, gah da, ümumiyyәtlә, bu iş kәnara
qoyulurdu, yәni çamadanını qablaşdır. Sonra isә qәfil qәrar
verildi, ştempellәr vә vizalar axıb gәldi, yubanmadan yığışmaq
lazımdı. Hәr şeyi yoluna qoymaq üçün güclә bir ay vaxt artıra
bildi. Axı heç nә edilmәmişdi! Evin qayğıları yalnız başlanğıc
mәrhәlәsindәydi. Hamıyla danışmaq lazımdı. Heç bir tәsadüfi
hal ola bilmәz. Bu, unikal bir işdi, zәrgәr dәqiqliyi tәlәb edir –
hansısa axmağın ucbatından tar-mar ola bilәr. Dörd iddiaçı var!
Bәs “Burevestnik” bağ evlәri kooperativi adlanan bu bostan
krallığında neçәsi var? Özü dә niyә “Burevestnik” axı? Hansı
“Burevestnik”? Burada qırx il әvvәl coşub-daşan nә qәdәr gic bir
özünüaldatma xәyalpәrvәrliyi olub? – “Volqa”da gәzdiyi vә za-
man-zaman xaricdә yaşadığı üçün nә qәdәr yoluq vә düşüb-itmiş
adam ona nifrәt edir. Bәs hәmin miskinlәr ümumi yığıncaqda
109