Page 107 - Yuri Trifonov
P. 107
Qoca

bәyaz, koppuş әliylә nәsә bir jest edirdi, hәr halda, bu, dәvәtә
oxşamırdı, bağın dәrinliyinә sarı “çıx-get!” işarәsinә bәnzәyirdi,
yәni: “oraya! oraya gedin!” Tәxminәn bir dәqiqә belә davam
elәdi, qarı nәsә çığıraraq әlini yellәyirdi, küçük hürürdü, Pavel
Yevqrafoviç heç nә başa düşә bilmirdi, yabanı tәnәyә bürünmüş
alçaq taxta çәpәrin o üzündә dayanıb durmuşdu. Prixodkonun
bağ evi yabanı tәnәyinә görә ad-san qazanmışdı. Dayanmaq
mümkün deyildi, girmәk dә olmazdı. Gic bir vәziyyәt idi. Nәhayәt,
küçük sәsini kәsәndәn sonra o, qarının çığırtısını eşitdi:

– Bir hәftәdәn sonra olacaq! O, Leninqraddadı!
Pavel Yevqrafoviç rahat nәfәs alıb, razılıqla başını yellәdi.
Hamı istidәn әzab çәkirdi, hamı bir-birindәn soruşurdu:
“Özünüzü necә hiss edirsiz? Bu Afrikaya necә dözürsüz?” Oleq
Vasilyeviç Kandaurov tәmkinlә cavab verirdi: “Yaxşı. Әhvalım
pis deyil”. Hәqiqәtәn dә, әhvalı әlaydı, canında heç bir narahatçılıq
vә pozğunluq hiss etmirdi. Hәr şey qaydasında gedir, hәmişәki
kimi işiylә mәşğul olub fәaliyyәt göstәrirdi. Onu müayinә edәn
hәkim: “Qan tәzyiqiniz lap kosmonavtlarınkı kimidi!” – dedi.
Bu, tanımadığı, gәnc bir qadın – Angelina Fyodorovnaydı. Oleq
Vasilyeviç hәkimlәrdәn heç kimi tanımırdı, poliklinikaya tәk-tük
hallarda tәşrif buyurardı, onda da ancaq sәnәd dalıyca-filan gәlәr-
di. “Sizin yaş hәddiniz üçün bu, әla göstәricidi” – “Angelina Fyo-
dorovna, әzizim, hansı yaş hәddi üçün deyirsiz? Mәnim qırx beş
yaşım var! Yәni bu da bir yaş hәddidi?” – “Hәr halda, oğlan
uşağı deyilsiz”. – “Yox, oğlan uşağıyam! Mәn oğlan uşağıyam,
Angelina Fyodorovna”. Oleq Vasilyeviç ayaqqabılarını çıxardaraq
әllәri üstә mil durdu, corablı ayaqlarını yuxarı qaldırıb divara
söykәdi. Bu, adi bir yoqa hәrәkәtiydi. Hәr sәhәr edirdi. Angelina
Fyodorovna güldü: “Oğlansız, oğlan! Yetәr Oleq Vasilyeviç! En-
dirin ayaqlarınızı!” Әllәri üstә dayanaraq altdan yuxarı Angelina
Fyodorovnanı süzüb, onun çılpaq ayaqlarının dizdәn yuxarı gözәl
olduğunu gördü, fikirlәşdi ki, artıq heç nәyә vaxt yoxdu. “Di indi
fiziki gәrginlikdәn sonra nәbzimi dinlәyin bir”. Әlini uzatdı. O,
barmaqlarıyla bilәyindәn yapışdı. Yazığın öz gözlәri isә qırmızıydı
vә validol hәbi sorurdu. Nәbzin döyüntüsü, tәbii ki, adidәn bir az
yuxarıydı, amma ümumilikdә qaydasındaydı. “Nә demәk olar,

107
   102   103   104   105   106   107   108   109   110   111   112