Page 103 - Yuri Trifonov
P. 103
Qoca

axı. Onlar yenә әvvәlkitәk pis yaşayırlar, darısqallıqda, narahat-
çılıqda; könüllәri istәyәn kimi yaşaya bilmirlәr, yaşadıqları kimi
hәyat sürmәyә mәcburdular. Onlar xoşbәxt deyillәr, Qalya. Bu
beş ildә heç nә dәyişmәyib. “Sәn elә bilirsәn otaq vә aynabәnd
artıq olsa, onlar xoşbәxt olacaq?” Әlbәttә, yox. Xoşbәxtliyi başqa
şey doğurmalıdı. Nә? – bax bu, anlaşılmazdı. Xoşbәxtliyin nә ol-
duğunu biz bilirdik. Bәs neylәmәk olar? Nә güc qalıb, nә ağıl, nә
dә imkan, heç nә. Ancaq bu, evdi, iki otaq vә bir aynabәnd... Qoy
olsun... Әgәr onlara elә gәlirsә ki... Çox yaşayanda, hәm qәribә
görüşlәr olur, hәm dә yöndәmsiz qarşıdurmalar. Sanki kimsә bi-
lәrәkdәn bu şeylәri düzüb-qoşub. Uzun ömür sürmәyin bu cür
mәnfi cәhәtlәri var... İyirmi beşinci ildә Pavel Yevqrafoviç Mosk-
vanın Bauman rayonunda tәmizlәmә işlәri aparan komissiyanın
tәrkibindә çalışanda, Mәdәn Sәnayesi Tәsәrrüfatının işçisi Prixod-
konun o vaxt yunker mәktәbindә olması vә Kiyevdә bәzi fәaliy-
yәtlәrini gizlәtmәsi ucbatından işdәn çıxarılmasına sәs vermişdi –
bu cür halları, sәbәblәri, tәsadüflәri, zәrif bağlarla, hörümçәk
toru kimi eninә vә uzununa toxuyub yaya bilәn birisinin işdәn çı-
xarılmasına bais olmuşdu, indisә budur, üstündәn әlli il sonra
övladlarının xoşbәxtliyi hәmin o keçmiş yunkerdәn asılıdı. Ciddi
düşünsәk, bu, gülünc vә dәhşәtli bir cәfәngiyyatdı! Düşünmәsәk –
heç nә deyil. Adi mәnasızlıqdı.

Amansız hәyatda girәlәnmәk üçün çırpınıb çapalayan xırda
yalançı barәdә Pavel Yevqrafoviç heç nә xatırlamırdı, belәsi az
deyil, yazığı gәlmәyә vaxt yoxdu, yadda saxlamaq mümkün
deyil, o zaman onun başına dәhşәtli bir şey dә gәlmәmişdi, altı
ildәn sonra bağ kooperativlәri payçılarının yığıncağında rastlaşanda
o, dolubәdәnli, boy-buxunlu, sarışın, çesunça köynәk, bahalı
ayaqqabılar geymiş fabrik direktorunu gördü vә onu tanımadı.
Uzun müddәt tanıya bilmәdi. O zaman Uralda işlәyirdi, Moskvada
yolüstü olurdu. Әgәr bir dәfә o özü dostcasına, yarızarafat:
“Bilirsiz, әziz qonşu, siz mәni çox-çox qabaqlar partiyadan xaric
etmisiz?” demәsәydi, onu heç vaxt tanıya bilmәzdi. – “Nә
danışırsan?” – “Tanrıya and olsun...” Bununla da hәr şey bitmişdi.
Hi-hi, ha-ha. Hәr şey yönünә qoyulmuş, sabitlәşmiş, qaynayıb-
qarışıb yerini almışdı. Axşamlar kәtan furajka vә hәsir şlyapalarını

103
   98   99   100   101   102   103   104   105   106   107   108