Page 105 - Yuri Trifonov
P. 105
Qoca

Yol skamyalı tәpәyә qalxırdı; burada, küknarların altında
hәmişә bürkülü axşamlarda kimsә otururdu. Vә indi Pavel
Yevqrafoviç yaxınlıqdan keçәrkәn skamyanın bir qırağında
qımıldanmadan oturmuş adam gördü. Qadına oxşatdı. Әynindә
açıq rәngli donu vardı. “Kimsәn?” – hayladı. Qadın bir qәdәr gec
cavab verdi:

– Mәnәm, Pavel Yevqrafoviç...
Valentinanın sәsini tanıdı. Hәvәslә yanında oturdu – bu
xoşagәlmәz görüş xeyli sürdü. Valentina siqaret çәkirdi. O, evdә
tütün tüstüsünә dözә bilmirdi, çәkәnlәri bağçaya düşmәyә mәcbur
edirdi. Valentina çox uzağa getmişdi. Burnunu çәkirdi, sanki
tumov idi. O fikirlәşdi: deyәsәn, nәsә işlәr şuluqdu.
– Nәdi? Kefiniz yoxdu?
– Hә...
– Nolub? – Hansısa bir sәs sanki içindә vird edirdi: “Lazım
deyil bu işә baş qoşmaq, lazım deyil”. – Sizә nolub?
– Mәnә heç nә olmayıb. Heç nә, Pavel Yevqrafoviç... – O,
lәng cavab verdi, köksünü ötürdü. – Heç nә... Oğlunuz mәni
sevmir.
– Siz nә danışırsız!? Bәlkә, sәhv edirsiz? – hәmin sәs yenә
gәldi: “Sәhv etmir”.
– Deyin, nәyә görә o, birinci arvadını daim bağa dәvәt edir?
Hәm dә Viktoru? Myuda yaxşı qadındı, Vityadan da xoşum gәlir,
amma oğlunuz bunları heç sevmir. Bu heç dә o demәk deyil ki,
onlarsız keçinә bilmir... Onları ancaq mәndәn ötrü çağırır...
Mәnim acığıma... Yadımda saxlayıb bilmәyimdәn ötrü... Daim
alçalım deyә...
“Amma o, küt deyil”, – tәәccüblә düşündü. Valentina burnunun
suyunu sildi. İndi aydın olurdu ki, işlәr pisdi. O, ağlayan qadınlarla
söhbәt elәmәyi bacarmırdı. Qalya heç vaxt ağlamırdı. Qalya,
әlbәttә, bәnzәrsiz idi. Az qala ayrılmalı olduqları Zlatoustda ağ-
lamadı, çıxıb getmәyi qәrarlaşdırdı vә bu haqda bildirdi. Tibb
mәntәqәsindәn olan o qarabuğdayı qız peyda olanda baş vermişdi
bunlar. Qarmaqarışıq, ağır bir ay idi, üç ay elәcә keçdi, dәm
kimi, mәnasızcasına. Sonra hәr şey pәrәn-pәrәn oldu. O hәtta öz
iradәmizdәn asılı olmadan ayrılanda belә ağlamadı. Valentinaya
nә demәk olar ki?

105
   100   101   102   103   104   105   106   107   108   109   110