Page 101 - Yuri Trifonov
P. 101
Qoca

– Baba, sәndәn soruşmaq istәyirdim, – sakitcә dedi. – Nәnәm
haqda o nә danışırdı?

– Polina nә danışırdı? – Pavel Yevqrafoviç sevindi, – sәnә
söylәyәrәm! Qoy xatırlayım. Çox maraqlı söhbәt idi... Hә, yadıma
düşdü, şeydi, onların on üç yaşları olanda, nәnәnlә Polinanı
deyirәm, inqilabi işlә mәşğul olublar, hәtta Yelizavetqradda
Denikin qazamatına da düşüblәr. Tamamilә qız uşağıykәn...
Onları orada qorxudublar, işgәncә veriblәr... amma heç kimi
satmayıblar...

Pavel Yevqrafoviçin dediklәrini aynabәnddә Viktordan başqa
eşidәn yoxuydu. Kart oynayanlar oz alәmlәrindәydi, söhbәtlәşirdilәr.
Birdәn Ruslan dedi:

– Ata, sәn mәni bağışla, nә yolnansa Valentin Osipoviçlә
lazımdı ki... Sәn hazırlaş, düzdü, bilirәm, canayatımlı bir şey
azdı bu işdә...

– Mәn danışaram, – Pavel Yevqrafoviç dedi. – Çalışaram.
– Yox, sәn uzatma artıq. Gәlәn hәftә idarә heyәtinin toplantısı
keçirilәcәk, ayın axırındasa ümumi yığıncaq olacaq.
– Ayın axırında yox, sentyabrın ilk bazar günündә, – dedi
Laletski. – Onsuz da xeyri yoxdu. Ev Kandaurova qalacaq.
Laletski şaqqanaq çәkib güldü. Yenә aydın olmayan şeylәr
danışdılar, kartları çırpdılar. Sonra Ruslan dedi:
– Qardaşlar, siz ictimaiyyәti dәyәrlәndirmirsiz. Mәgәr siz
Kandaurovun әleyhinә sәs verәcәksiz?
– Olsun ki, – Laletski dedi.
– Mәnә gәlincә, – Qrafçik dedi, – mәn onun adını yağlı ka-
randaşla pozacam. Belә tiplәr mәnә yaddı.
– Onun nәyi pisdi? – Pavel Yevqrafoviç soruşdu.
– İzah etmәyә çәtinlik çәkirәm, Pavel Yevqrafoviç. Sizә,
mәsәlәn, mәn dәrin ehtiram bәslәyirәm. Sizә qonaq gәlәndә,
sizinlә, oğlunuzla söhbәtlәşәndә nәsә ruhәn vә qәlbәn rahatlanıram,
dincәlirәm, başa düşürsüz?
– Tula qәşәng danışır haa.. – Ruslan dedi.
– Bu tipi görәndә qanımda şәkәrim qalxır.
– Bir nәfәr dә iddiaçı soxulub araya, – Laletski dedi. –
Hansısa İzvarin. Burada müharibәyә qәdәr yaşayıb. Nәdәnsә

101
   96   97   98   99   100   101   102   103   104   105   106