Page 104 - Yuri Trifonov
P. 104
i Trifonov

qaldırmaqla bir-birini salamlayırdılar. Sonra illәr keçdi, özündәn
asılı olmayan ayrılıq baş verdi, müharibәdәn öncә qayıtdı,
Moskvada yaşamaq olmazdı, bağ evi yeganә sığınacaq idi, Qalya
hәyәcan keçirirdi, qorxurdu ki, onun Muromda hәrlәndiyini
birdәn görәrlәr, başa düşәrlәr, o, Muromdan idi, qeydiyyatı da
oraydı. Yenә rastlaşdılar, ordan-burdan, uşaqlar barәdә, müharibә
haqda anlaşılmayan söhbәtlәri oldu. Avropada döyüşlәr gedirdi,
bizdә isә müharibә әrәfәsiydi. O, birdәn-birә xatırlatdı: “Mәni
iyirmi beşinci ildә partiyadan necә qovduğunuzu unutmamısız
ki?” – “Unutmuşam”, – deyә Pavel Yevqrafoviç etiraf etdi.
“Mәnsә unutmamışam. Hәmişә xatırlayacam”. Vә gülümsünәrәk
getdi. Bir gün sonra yoxlama tökülüb gәldi, hәr şeyi eşib-tökdülәr,
alәm qarışdı... Qalya әmin idi ki, bu, onun işidi. Kim bilir, bәlkә
dә, elәydi. Dәqiq bilinmirdi. Amma yoxlama heç nәylә başa
çatmadı, yekunlaşmağa macal tapmadı, çünki iyun ayı bәd gәldi,
Pavel Yevqrafoviç könüllülәrә qoşuldu vә bütün müharibә boyunca
әsgәr kimi döyüşdü. İki dәfә yaralandı. Polşada qırx dörddә uçuq
bir malikanәdә gecәyarısı Ruslanla rastlaşdı. Orada tankçılar
gecәlәyirdi. Әla görüş idi! Yenә illәr keçdi, yenidәn hәr şey axa-
rına düşdü, dәyişdi, sabitlәşdi. Bağ evlәri çökdü, çürüdü, dәmirlәri
paslandı, әvәzindә evlәrin yanında qaz balonları görünmәyә baş-
ladı, bağçaları yaşıllıq bürüdü. Yenә dә orda-burda – yolda-izdә,
özgә eyvanlarında rastlaşırdılar, salamlaşıb boş şeylәr barәdә
çәnә döyürdülәr. Bir dә görürdün ki, pinti vә gonbul qızı utanıb
çәkinmәdәn gәlir: “Sizdә borc verilәsi artıq lampa yoxdu ki?
Bazar ertәsi qaytaracağıq!” Qalya heç vaxt heç nә vermәzdi. O
isә verirdi. Ona elә gәlirdi ki, hәr şey dәrin bir dәrәyә, bir yarğa-
na yuvarlanıb, yada salmaq lazım deyil. Amma hәr şey gülünc
hәddә çatmışdı: bir dәfә yanına bir dәstә pioner gәlmişdi, onları
bağçada qәbul etdi, vәtәndaş müharibәsi haqda söhbәt elәdi.
İlahi, bu yoluq, bәdbәxt yunkerciyәz nә söhbәt edә bilәrdi axı?
Hәrdәn istәyirdi ki, gedib qalstukundan yapışıb desin: “A belә-
belә olmuş, a kafir, sәn niyә axı camaatın başını xarab elәyirsәn?”
Sonra da fikirlәşirdi: әşi, cәhәnnәm olsun o yana... Vaxt keçdi,
zaman dolandı... Hamını aldadıb girәlәndi, canı cәhәnnәmә...
Amma ondan heç nә dilәnmәk lazım deyil.

104
   99   100   101   102   103   104   105   106   107   108   109