Page 108 - Yuri Trifonov
P. 108
i Trifonov

Meksika üçün tam yararlısız!” O, özünü saxlaya bilmәyib zarafata
keçdi: “Meksika deyәndә nәyi nәzәrdә tutursuz, Angelina Fyodo-
rovna, hә?” Qadın gülümsündü, kartoçkada qeydlәr edә-edә
tәnәylә başını yellәdi...

Oleq Vasilyeviç bu hәqiqәtlәri bütünlüklә ancaq hәkimlәrә
vә özü dә cavan qadınlara danışırdı. Halını xәbәr alan vә Afrikaya
necә dözdüyünü soruşan tanış-bilişә “babat” vә “birtәhәr” deyirdi,
әslindә isә, “çox әla” vә “çox gözәl” deyә cavablandırmalıydı.

Amma bir qayda var ki, insanları dilxor edә bilәcәk şeylәr
haqda gәrәksiz yerә söhbәt açmaq olmaz. Hamının üzülüb
çәrlәdiyi bir vaxtda hәr şey çox әladı vә çox gözәldi söylәmәk,
insanları dilxor, mәyus edә bilәrdi. Bәzәn o, belә cavab verirdi:
“Halım pis deyil, amma arabir başım ağrıyır”. Vә ya: “Pis
deyilәm, amma motorum bir az xarablayıb” – deyirdi. Amma
rәhbәrliklә söhbәtlәrindә Oleq Vasilyeviç yalan danışmağı özünә
rәva görmürdü, “sağlamlığım polad kimidi” – deyib sırf hәqiqәti
söylәyirdi. Çünki burada mütlәq bir şәrt vardı ki, әgәr xәstәsәnsә,
otur evdә, istirahәt et. Beşinci gün müayinәdәn keçdi, ancaq
analizlәri vermәyә macal tapmadı, birinci vә ikinci günlәrdә isә
lap sәhәr tezdәn işlә mәşğul idi, poliklinikaya ancaq üçüncü gün
gedә bildi, hәmin gün dәhşәtli isti düşmüşdü, hәrarәtölçәn kölgәdә
otuz dördü göstәrirdi. Onun kimi laboratoriyaya növbәyә durmuş
bir qadının halı pislәşdi, divana uzadıb dәrman içirtdilәr. O fikir-
lәşdi: “Bu qadını Meksikaya göndәrmәyә qeydә almazdılar”.
Ona rәğbәtlә baxdı. Ayaqqabısının dabanı taqqıltı salan Angelina
Fyodorovna dәhliz boyunca addımlayırdı, bir anlıq dayanıb
soruşdu: “Vәziyyәt necәdi? Hәr şey yaxşıdı?” – “Hәr şey әladı,
amma sizdәn böyük bir xahişim var: müstәsna hal kimi, arayışı
bu gün götürmәk olarmı? Hә? Sabah qәtiyyәn vaxtım olmayacaq!
Angelina, bürokratlıq etmәyin, axı siz mehribansız, mәrhәmәtlisiz,
hәr şeyi başa düşәn, hәssas insansız... – O, Angelinanın nәm
barmaqlarını ovcuna alıb sıxdıqca gözlәrinin içinә baxırdı, anla-
yırdı ki, hәr hansı bir xahişdәn ötrü mütlәq basqı vә coşqu da
lazımdı. Özünü ölgün vә ya tәkәbbürlü aparmaqla heç nә әldә
etmәk olmaz. Bundan ötrü alçalmaq, sürünmәk, az qala eşqnamә
oxumaqla heyran qoymaq, yumorla tәrk-silah elәmәk lazımdı. –

108
   103   104   105   106   107   108   109   110   111   112   113