Page 110 - Yuri Trifonov
P. 110
i Trifonov

necә sәs verәcәklәr? Onların paxıllıqla dolu düşük başlarına
hansı fikirlәr gәlәcәk? Әgәr bu yoluqların hәrәsinә bir kürk
bağışlaya bilsәydi... Vә ya heç olmasa, Pyer Kardendәn hәrәsinә
bir köynәk... Amma biçmә don әla tikilib. Әn mәsuliyyәtlisi
budu! Pyotr Kalinoviçin Prixodkoyla söhbәti, N.A.-dan mәktub,
Maksimenkonun telefon zәngi. Qalanı texniki işlәr olmalıdı.
Amma olmalıdı. Nәzәri cәhәtdәn. İşә qalanda isә hamısı gedib
adamlara dirәnir – idarәolunmaz yoluqlara. Aqlaya Nikonovna
Tarannikova özünü necә aparacaq? Laletski necә hәrәkәt edәcәk?
Qrafçik necә sәs verәcәk? Bu adam onu xüsusilә narahat edirdi.
Bilinmirdi niyә Oleq Vasilyeviçә qarşı belә qәrәzkarlıqla davranır,
heç vaxt onunla kәlmә dә kәsmәmişdi, sadәcә onu uzaqdan
nifrәtlә süzürdü. Canı cәhәnnәmә! Kimdi ki o axı – bәdәn tәrbi-
yәsi müәllimidi dә! Miskin hәşәrat! Amma o, bu hәşәrat krallığında
tәftiş komissiyasının sәdri kimi görkәmli fiqur idi. Hiylә-kәlәklә
özünә şişirtmә nüfuz yaratmışdı. Qrafçiklә hesablaşırdılar. “Qrafçik
deyib...”, “Qrafçik söz verib...”. Oleq Vasilyeviç onunla sәhәrlәr
çay sahilindә rastlaşırdı, Qrafçik orada qaçırdı vә primitiv mәktәbli
gimnastikası edirdi. Oleq Vasilyeviç isә yoqa ilә mәşğul olurdu,
başı üstә dayanırdı, o da qaçırdı – amma xüsusi bir tәrzdә, nәfә-
sini qәribә bir şәkildә alıb verә-verә. Bәzәn cığırda az qala bu-
run-buruna gәlirdilәr vә Oleq Vasilyeviç tәrbiyәli bir adam kimi
hәmişә başını tәrpәtmәklә vә ya gözlәrini qırpmaqla salam verir-
di: “Yәni sabahın xeyir, Anatoli Zaxaroviç!” – o biri isә çoxdan
mәtbәx döşәmәsini silmәk vaxtı çatmış, parçadan tikilmә mәşq
kostyumunda vә cırıq idman ayaqqabılarında qaçaraq yan keçirdi,
görmürdü, nәzәr salmırdı, hәlә sifәtini dә tәkәbbürlә turşudub
özünü dartırdı. Yәni, mәn Qrafçikәm, bәs siz kimsiz? Oleq Vasi-
lyeviç dә eyni cavabı verә bilәrdi, amma әhәmiyyәt vermirdi.
Xırdalıqlara varmırdı. Qrafçik ona heç havayı da lazım deyildi.
Amma sonra lazım olanda, – özü dә tәftişin sәdri kimi bu cür
önәmli bir tipdәn gedir söhbәt – izzәti-şәrәf deyilәn hәr şeyә
tüpürdü, yenә sәhәrlәr salamlaşmağa vә başını tәrpәtmәyә başladı.
Qrafçikin qırışığı bir az açılmışdı, ucadan, aydın şәkildә bir şey
demәsә dә, boğazının udlağını şişirdirdi, sanki bu hәrәkәt onun
başını yırğalayır, eyni zamanda ağız-burnunu әyir, elә bil nәdәnsә

110
   105   106   107   108   109   110   111   112   113   114   115