Page 115 - Yuri Trifonov
P. 115
Qoca
yelpiklә üzünü yellәyirdi. Hәrdәn yelpiyi onun da sifәtinә
yaxınlaşdırır, sәrinlәtmәyә çalışırdı: xeyri yoxuydu, amma xoş
idi. İqorun mәnzili dünyanın o başında – Yuqo-Zapad rayonunun
uzaq kvartallarından birindәydi. Onlar artıq bu uzaqlığa öyrәş-
mişdilәr, adәtәn yol uzunu çәnә vurardılar, görüşmәdiklәri müd-
dәtdә baş vermiş hәr cür yeniliklәrdәn bir-birlәrinә söz açardılar,
indi isә söhbәt alınmırdı: qız susurdu, o isә uyğun bir mövzu tapa
bilmirdi, çünki indiki yaşantıları bir “tabu” idi. Qız onun sәfәri
haqda hәlә heç nә bilmirdi, çünki o, cana yığıldığı gәrgin işlәr –
bürokratizm, idiotizm, çәtinliklәr, xırdaçılıqlar haqda ona xәbәr
vermәk istәmirdi. Elә götürәk arayışla bağlı bugünkü әhvalatı!
Dilә tutmağa mәcbur olmuşdu! Bәs maşınla bağlı necә? Bәs
mәnzillә bağlı? Bәs qızının yay vә qış tәtillәrini yoluna qoymaqla
bağlı? Әgәr evi ala bilmәsә, hamısı problemә dönәcәk. Güman
ki, yeni sahiblәri evi tәhvil vermәk istәmәyәcәklәr: dişiylә,
dırnağıyla qoparmalı olacaq. Son günlәr ona iztirab verәn şeylәr
haqda Svetlanayla söhbәt etmәk yaramaz, odur ki, istilәr, iqlim
dәyişikliyi, qocaların müdrikliyi, alimlәrin çarәsizliyi barәdә
ağzına gәlәni mızıldayırdı. Belә qәrara gәldi: ayrılmamışdan
öncә hәr şeyi danışsın. Әslindә bu, doğru addım idi, әgәr dәrhal
demiş olsaydı, görüş dә o an başa çatacaqdı. Bu isә axmaqlıq
olardı. Yuqo-Zapadın dәrә-tәpәlik yoluyla sürdü maşını. Boş
küçәlәrdә kimsәsiz, çılpaq, günәşdәn “gözlәri qamaşan” evlәr öz
nәhәng görkәmlәriylә boy verirdilәr. Sәkilәri bürkü bürümüşdü,
heç kim gözә dәymirdi.
– Tәr içindә üzürәm, – dedi Oleq Vasilyeviç. – Çatan kimi
duş qәbul edәrik.
Svetlana cavab vermәdi. Yenә içini bir sәksәkә bürüdü.
Adәtәn isti günlәrdә görüşlәrinә duş qәbul etmәklә başlayardılar.
Bәzәn isti olmayanda da çimmәyә girişәrdilәr. Çox xoşları gәlirdi
bundan. İqorun vanna otağı krallara layiq idi, Almaniya Federativ
Respublikasından gәtirdiyi yeni avadanlıqlarla gözәl tәchiz edib
düzәltdirmişdi. Divarda mәxsusi oyulmuş balaca taxçada, hәtta
telefon da vardı: vәziyyәt gәrgin olsa, telefona әliniz çatar vә
“03”-ә zәng edә bilәrsiz. O, bir az sәbirsizliklә soruşdu:
– Sәn duş qәbul edәcәksәn?
115