Page 119 - Yuri Trifonov
P. 119
Qoca

ölü kimi yerә sәrilmişdi. Svetlana: “Sәn onu öldürdün!” qışqırmışdı.
O isә başa salmışdı ki, qorxulu heç nә yoxdu, bu, adicә ağrıverici
fәnddi. Qız qışqırıb ağlamışdı. Beş dәqiqәdәn sonra adaxlı özünә
gәlmiş, amma ayağa qalxa bilmәmişdi, Svetlana onun yanında
qalmışdı, Oleq isә getmişdi. Sәhәrisi qız yüyürüb gәlmişdi ki,
adaxlısıyla artıq bütün әlaqәlәrini kәsib. Çünki oğlan onu çox pis
söyüb. Belә şey bağışlanmır.

İlahi, bu qızla birgә nәlәr yaşanmadı ki?!
Onu sığallaya-sığallaya:
– Bilirsәn dәhşәt nәdәdi? – dedi. Onu daha zәrif vә israrla
sığallamağa başladı, yazığı gәlmәk yanğısı öz yerini başqa hisslәrә
verәrәk yavaş-yavaş söndü. Qız müqavimәt göstәrirdi. Soyuq-
qanlığını, heç bir umacağı olmadığını göstәrmәk üçün belә edirdi,
heç nә istәmirdi, heç nәyә qarşılıqlı meyli yoxuydu, hәrdәn sәrt
әliylә onun sәbirsizlik edәn barmaqlarını geri qatlayırdı. – Dәhşәt
insanın paxıl olmasındadı... Mahiyyәti etibarilә... Fikirlәşirәm
ki, paxıllıq yaşamaq uğrunda mübarizә instinktinin elementlәrindәn
biridi. İnsanın genindәdi bu. Ölüvaylar mәnә dәhşәtli dәrәcәdә
paxıllıq edirlәr! Onlar mәnim axırıma çıxacaqlar. İnsanın içi әlli
faiz paxıllıqdan ibarәtdi. Birindә bir az çox, birindә bir qәdәr az.
Sәndә azdı... Mәncә, sәn çox da paxıl deyilsәn. Hә, Sveta? Sәn
kimәsә hәsәd aparırsan?
O, üzü divara dedi:
– Kişilәri yalan danışmayan qadınlara hәsәd aparıram.
Zәrbә hәmin karate fәndindәki kimi tutdu – ani ağrı vә ağlın
gizlәnmәsi baş verdi. O, dillәnәnәcәn üç-dörd saniyә keçdi:
– Elә qadın yoxdu.
– Var...
O, var gücüylә qızı qucaqladı, getdikcә daha qüvvәtlә özünә
sıxdı.
– Tanıyırsan elәsini?
– Tanıyıram. Burax, ağrıdır. Yalan danışmaq lazım deyil. Bu
gün çәrәnlәdiklәrinin hamısı yalandı. Sәnin yerinә utanıram.
– Neylәmәk olar, Svetlana? Axı bu, mәnim hәyatım, mәnim
işimdi... – O, әllәrini buraxdı, qız divara sarı çәkildi. – Mәn yaşıl
meydanda bilyard şarı kimiyәm. Yolum torun içinәdi. Başqa heç
yana. Ya da bortdan kәnara sıçramalıyam.

119
   114   115   116   117   118   119   120   121   122   123   124