Page 124 - Yuri Trifonov
P. 124
i Trifonov

sizi qovaladığım, Ceki üstünüzә qısqırtdığım... Ceki xatırlayırsız,
buldoqumu... Yadınızdadı, atanıza şikayәt edәrdim...” Qoca
xırıltıyla, boğula-boğula, tәlәsik, amma hәdsiz gümrah sәslә nәsә
döşәyirdi, nә istәdiyi anlaşılmırdı, soyadı da heç nә demirdi:
Prixodko deyilәn birisiydi. “Bağışlayın, mәnimlә nәsә işiniz var,
yoldaş Prixodko?” – “Var, özü dә tәcili. Bizә görüşmәk lazımdı.” –
“Tәcili?” – “Son dәrәcә tәcili. Hәkimlәrin reseptlәrdә yazdığı
kimi: cito. Sanya, nәzәrә alın, söhbәt sizin üçün sözsüz çox ma-
raqlı olacaq... Mәn burada, yaxınlıqda oluram... on beş dәqiqәlik
yoldu...”

Aleksandr Martınoviç xәstәxanaya – arvadına dәymәyә
getmәliydi, ona görә dә söylәdi ki, saat on ikidәn gec olmasın.
Qoca on dәqiqәdәn sonra peyda oldu. Yalnız onun kәlә-kötür
kәllәsini, gәmi burnu kimi şiş burnunu, bir qәdәr yaltaqlıq vә
bicliklә gülümsәyәn böyük, gen ağzını görüncә Aleksandr
Martınoviç bir anda yadına saldı ki, bu, Prixodko-filan deyil,
bostanların o başında, uzaqdakı evlәrdәn birindә yaşayan hәmin
o Puzo vә ya Rubilnik lәqәbli daydaydı, onun iki uşağı vardı,
oğlunun adı Slavka, qızınınkı Zoyaydı. Slavka tay-tuş idi. Bircә
yay dostluq etmişdilәr. Hә! Slavka gör nәylә mәşhur idi: Qulaq
burmağı xoşlardı. Әn çox öz qulaqlarını burardı. Tana yerinin
yumşaq әtini büküb-bürmәlәyib qulaqlarının deşiyinә soxardı vә
elәcә oturub rahatca, özündәn razı halda ya kart oynayar, ya da
söhbәt edәrdi, amma bәzәn tәbdәn çıxar, qulaqlarının bu halına
dözmәzdi, başqalarının – Jorikin, Ruskanın, Skorpionun, ya da
elә onun özünün – Sanka İzvarinin qulağını burmaq istәyәr,
bundan ötrü adamın zәhlәsini tökәrdi: “Qulağını bәri ver, xahiş
elәyirәm, ver qulağını! Ver, ver, ver!” deyәrdi. Jorikә isә sadәcә
әmr edәrdi: “Qulağını bәri ver, holland fırtığı!” Jorik itaәtkarcasına
başını Slavkanın ixtiyarına verәrdi, o isә mırtıldaya-mırtıldaya,
onun kağız kimi zәrif, qarayanız qulaqlarını burmağa başlardı.
Әslindә Slavka elә Prixodkoydu. Yabanı üzüm tәnәklәri sarmaşmış
aynabәndlәri vardı. Slavanın atası – gülümsәyәn yekәağız qoca,
Sanka İzvarinin anasına qarşı nәsә yekәbaşlıq etmişdi. Anası ona
tapşırmışdı ki, onunla salamlaşmasın, aynabәndlәrinә getmәsin.
Amma Slavkayla hәyәtdә oynamağa, dostluq etmәyә icazә

124
   119   120   121   122   123   124   125   126   127   128   129