Page 129 - Yuri Trifonov
P. 129
Qoca
İndi isә Mariya Adolfovna çıxıb getdi. Bağ boşalıb sükuta
qәrq oldu. Anası gündüz işdә olurdu, o isә әlindә kitab otaq-otaq
dolaşır, gah bir, gah da digәr çarpayıya sәrәlәnir, istәdiyini
elәyirdi; hәndәvәrindә hәr şey әlçatan, cansız vә çılpaq idi. Yayın
axırlarında Mariya Adolfovna yenidәn bir daha peyda oldu, guya
әzablı dәqiqәlәrindә Şamlıqda gәzmәyә gәlmişdi. Mariya Adolfovna
sevinirdi vә kişi barmaqlarına oxşayan damarlı, buğum-buğum
barmaqlarıyla gözlәrini silirdi. Sanyanın anasını bir kәnara çәkib,
sanki ona böyük әhәmiyyәti olan bir sirr açırdı: “Mәnә deyiblәr
ki... bir dә haçansa... es ist besser, ich sehe Sie!”1 Anası nәdәnsә
qeyb olmağın kifayәt qәdәr yaxşı bәlli olan bu sadә üsulunu
Mariya Adolfovnayla bağlamırdı. Ona elә gәlirdi ki, belә bir
meyarla bu qarıya baxmaq olmaz, çünki yaşı çoxdu. Amma qarı
mövcud qanunlara uyğun vә tәrәddüd etmәdәn körpәlәri Qoqol
bulvarında gәzdirmәk arzusundaydı; geri qalanların üstünә
çığırmaq, irәli qaçanların qolundan dartmaq vә demәk istәyirdi:
“Yadında saxla, Seryoja, der Esel geht immer voran”2. Goru
nurla dolsun, Mariya Adolfovnanın tәlqin etdiklәri içindә “eşşәklә”
bağlı hikmәtli fikir, Sanyanın yadında qalan tәk-tük ifadәlәrdәn
idi. Göstәrilәn sәylәr vә göz yaşları taleyi ovundura bilmәzdi,
planetin başı üzәrindә nәhәng qüvvәlәr kükrәyib çaxnaşma
salmışdı, milyonlarla qarının taleyi bircә anlıq yanıb-sönәn
qığılcım kimiydi: qırx birin yayında Mariya Adolfovna Moskvanı
tәrk edib Şәrqә getdi. Vә әlbәttә ki, tezliklә öldü, çünki bu, onu
qeybә çәkәn sonuncu köç ola bilәrdi. Bir sözlә, müәmma! Bәlkә
dә, o, heç tezliklә ölmәmişdi, doxsan yeddi yaşı var, olsun ki, lap
indiyә qәdәr yaşayır vә hәr axşam özünün sәkkizguşәli taxta
haşiyәsindә yun salfetlәr toxuyur...
Kira xalayla Borisin yola düşmәsi, Mariya Adolfovnanın
köçmәsiylә adamların çıxıb getmәlәri başlandı. Sanyanın anası
başa düşdü ki, belә dә olacaq, heç kimә әziyyәt vermәdәn birinci
olmağa tәlәsdi. O, hәrәyә bir cür haqq qazandırırdı. Bunlar
xәstәdi, o birilәr zәifdi, digәrinin ailәsi hәddәn artıq böyükdü, bir
1gözünə görünməsəm, daha yaxşı olar (alman.)
2eşşək hər zaman öndə getməlidi! (alman.)
129