Page 128 - Yuri Trifonov
P. 128
i Trifonov

mümkünatı yoxdu. Sanyanın anası: “Yәqin, biz bağ eviylә dә
vidalaşmalı olacağıq” – dedi. Sanya söhbәti düşüncәli-düşüncәli
dinlәyәrәk, qadınlara baxa-baxa otağın bir küncündә dayanmışdı.
Anasının bağla vidalaşmalı olacaqları haqdakı sözü ona ağrılı
tәsir etdi, birdәn-birә qaçılmaz olan bu mәsәlәnin xofu onu basdı.
Sadәcә çıxıb getmәk deyil, vidalaşmaq... Anası bu dәhşәtli şeylәr
haqda sakit tәrzdә danışırdı. Mariya Adolfovna birdәn Sanyanın
anasını qucaqlayıb mәzәmmәtlә dedi:

“Niyә istәmirsiz ki, mәn sizә bir az kömәk elәyim? Ach,
Gott... – pıçıldadı o. – Mәn sizin Kiradan incimişәm”.

“Yox, yox, sağ ol, – Sanyanın anası dedi. – Mәnim oğlum
var, o kömәk edәr. Sağ olun, әziz Mariya Adolfovna. Kiradansa
incimәyin. Sadәcә Boris Aleksandroviçin tәcili bir mәzuniyyәti
var, onları özüylә aparıb”.

Bunun heç dә belә olmadığını Sanya bilirdi. Burada anası
hәqiqәti gizlәyәrәk biclik işlәdirdi. Mәsәlә bundadı ki, Sanyanın
xalası Kira, әri Boris vә qızı Jenya onların bağına tez-tez gәlir,
uzun zaman burada qalırdılar. Atasının bu barәdә belә bir zarafatı
vardı: “Ancaq taxtabitiqıranlar olmalıdı!” Bu zarafatyana deyim
belә meydana gәlmişdi: bir dәfә atası gözlәnilmәdәn mәzuniyyәtә
çıxmışdı, ancaq Sanya vә anasıyla, qohumlarsız-filansız bağda
yaşamağa qәrar vermişdi. Bәs Boris vә Kiradan necә qırılmalı?
Belә bir şey fikirlәşib tapdılar: guya bağ evini taxtabitilәrә qarşı
dezinfeksiya etmәk lazımdı, hamı çıxıb Moskvaya getmәlidi.
Doğrudan da, evdә taxtabiti az deyildi. Borislә Kira getdilәr.
Sanyanın atasıyla anası isә qaldı. Hәrçәnd taxtabitilәr dә vardı,
amma özlәri ikilikdә qaldılar, bir dә, tәbii ki, Sanya. Bu deyim
elә oradan qalmışdı: “Ancaq taxtabitiqıranlar olmalıdı!” Vә
budur, iki gün әvvәl gözlәnilmәdәn Boris peyda olub dedi ki, elә
bu axşam Kira xalayla Jenya tәcili getmәlidi, çünki gecikirlәr.
Kira xala ağladı vә Sanyanın anasına nәsә izah elәmәyә başladı.
Sanyanın dalağı sancdı ki, sәbәb heç dә onların harasa gecikmәsi
deyil, sadәcә daha Şamlıqda yaşamaq istәmirlәr. Boris istәmir.
Kira xala, bәlkә, qalardı, amma Borislә sözünün çәplәşәcәyindәn
qorxurdu. Sanyanın anası isә onlardan incimirdi: “Çarәlәri yox-
du...” – deyirdi.

128
   123   124   125   126   127   128   129   130   131   132   133