Page 130 - Yuri Trifonov
P. 130
i Trifonov

başqası isә mәsul işdәdi. Qonşular – mәsәlәn, bağ komendantının
arvadı, zәhlәtökәn Elza Petrovna vә ya süpürgәçi Vasili Kuzmiçin
arvadı, hamının Qranka çağırdığı, boş şeylәr üstә, tutaq ki, mәlә-
fәdәn ötrü, bostana görә vә ya Sanyanın velosipedlә gül lәklәrini
әzdiyi üçün hәmişә söyüş söyәn kobud, hay-küyçü Aqrafena
gәlib xoşagәlmәz söhbәtlәr edәndә dә (әslindә onun istәyi kimin-
sә әsәblәriylә oynayıb hәzz almaq idi, özü dә o vaxtlar bu cür gә-
lib dalaşmağı adamlar özlәrinә rәva görmәzdilәr) anası haqq qa-
zandırmağa söz tapırdı.

Sanyaya. – “Yak Yanoviç ölәndәn bәri Elzanın xasiyyәti
pislәşib. Qranya isә çox paxıldı, özü dә uşaqları olan adamlara
yaman paxıllıq elәyir...”

Bir dә Sanyanın anası hәmişә mehriban olmurdu, bәzәn elә
qeyri-adi, hәm dә birbaşa söz deyir vә ya elә acılayırdı ki...
Mәsәlәn: “Elzanın sifәti spirtә qoyulmuş qarına oxşayır. Yoxsa
yalan deyirәm?” – söylәnirdi.

Sanya uğunub gedirdi. Anası nә deyirsә, demәli, düz söylәyir!
Doğrudur, doğrudur! Bapbalaca, spirtә qoyulmuş qarın, xırda
bığcıqlarıyla. Yox, әsla adam qarnı yox, mal qarnı. O, otdan, bos-
tandan savayı, heç nә barәdә danışa bilmir. Yeri gәlmişkәn,
Sanya onların bağına velosipedlә girmәmişdi, bu işdә Ruskayla
Skorpionun әli, daha doğrusu, ayaq izlәri vardı...

Qranya ilә Vasili Kuzmiç böyük evin zirzәmisindә yaşayırdılar.
Kuzmiçә çox adam yaltaqlanardı, hәtta ondan yüngül qorxardılar,
әslindә o, sakit, lal-dinmәz, mehriban bir adam idi, bığı vardı,
çaxır içmirdi, tәnbәki çәkmirdi, işi-gücü süpürgәylә, dırmıqla
sahәni dolaşmaq idi, zibillәri yandırır vә hәmişә quyuları tәmir
edirdi. Tәmirә girişәndә Tatarovo kәndindәn işlәk adamlar gәtirәr-
di, onlar quyunun hәndәvәrindә çömbәlib oturar, siqaret çәkәrdilәr.
Kuzmiçin önündә quyruq bulayardılar, çünki o, dayanıqlı vә
burada daimiydi, qalanları bu yerlәrdә müvәqqәti yaşayırdı, gәl-
di-gedәriydilәr. Gah yaşayırdılar, gah yaşamırdılar, gah çoxalır-
dılar – hay-harayları alәmi götürürdü, gah da qapı-pәncәrәlәri
çarpaz taxtalayırdılar, hәrdәn peyda olur, hәrdәn dә yoxa çıxırdılar,
başqa adamlar atılırdı ortaya, hәr şey qarış-quruş düşür, dәyişir,
Qranya ilә Kuzmiç isә hәmişә, ilin istәnilәn fәslindә – payızın

130
   125   126   127   128   129   130   131   132   133   134   135