Page 131 - Yuri Trifonov
P. 131
Qoca

dözülmәz yağışında, palçığında, qışın söyuğunda öz yerlәrindә –
zirzәmidәydilәr.

Haçansa beş kooperativ bağın yerlәşdiyi sahәdә bir mülkәdar
evi vardı, onu inqilabdan az öncә – on yeddinci ilin yayında
yandırmışdılar, yәni yanğında yeni hakimiyyәtin tәqsiri yox idi,
bunu özbaşına cәzalandırmaq qәrarına gәlmiş çay kәnarından
olan dәliqanlı kәndlilәr etmişdi. Südsatanların, odundoğrayanların,
bağlara göbәlәk vә gilәnar daşıyan qarıların yaddaşında hәmin
mülkün sahibәsinin soyadı qalmaqdaydı: Korzinkina. Mәzarlığın
darvazasındakı kimi itibucaqlı tağları olan, yandırılması ağıla
belә sığmayan gözәl, bәyaz daşlardan savayı vә bir dә velosiped
sürәnlәrçün son dәrәcә tәhlükәli, kәlә-kötür, Sanyanın da tez-tez
yıxılıb dizini sıyırdığı, qәdimlәrdә salınmış sement cığırdan baş-
qa, Korzinkinanın heç bir izi-tozu qalmamışdı. Sanya tәsәvvü-
ründә bu әfsanәvi qadını cizgilәrinәcәn canlandırırdı: tosqun,
enlisifәt, sallaqdodaq, әynindәki uzun qara paltosunun aşağısı
zınqırov kimi gen... vә hәrdәn onu hansısa fövqәltәbii bir qüvvә
yerdәn ayırır, Qoqolun küpәgirәnlәri kimi evlәrin, şam ağaclarının
üstündәn qığılcım topası kimi uçub keçir...

Mәzarlıq darvazasına oxşayan daşlardan başqa, keçmiş mülk-
dәn bircә girişin yaxınlığında, içindә keşikçi yaşayan taxta daxma
qalmışdı. Görünür, rәhm edib bu daxmaya ona görә dәymәmişdilәr
ki, içindә yaşayanın zәhmәt adamı olduğunu düşünmüşdülәr,
amma burası da var ki, o, öz sahiblәrinә qoşulub aradan çıxmışdı.
Bu hündür kandarlı, aynabәndli, ikiotaqlı vә mәtbәxli daxma daş
özül üzәrindә yoğun şalbanlardan sәliqәylә tikilmişdi. 1926-cı
ildә proletar mәnşәli bir sıra Moskva ziyalıları bağ evlәri tikmәkdәn
ötrü “Burevestnik” adlı kooperativ üçün bu yanmış sahәni bәyәnib
seçmişdilәr (bu zaman özünün xüsusi metrostansiyası olan “Sokol”
adlı başqa bir kooperativ meydana gәldi, nәticәdә Moskvanın
böyük bir rayonunu әhatә edib şaxәlәndi) vә hәmin daxma bura-
da yeganә yaşayış mәskәniydi. Ona heç kim tamah salmırdı, bu
gözәtçi daxmasında Fәhlә Kәndli Müfәttişliyinin işçisi Martın
İvanoviç İzvarin arvadı vә oğluyla birgә mәskunlaşmışdı. Bir
ildәn sonra isә bu sahәdә bağ evlәri çoxalıb-artdı: әvvәlcә bir
neçә ailәnin mәskunlaşdığı böyük, ikimәrtәbәli, dörd aynabәndli

131
   126   127   128   129   130   131   132   133   134   135   136