Page 136 - Yuri Trifonov
P. 136
i Trifonov

gәtirmişdi, xәstәyә qulluq edirmiş kimi qayğısına qalmışdı, növ-
bәti gün isә anası Sanyaya tapşırmışdı ki, “Sanya, sәn heç vaxt
әclaf görmәmişdinmi? İndi artıq tanıyarsan. Bu dazbaş adam әc-
lafdı”. “Bәs Slavkayla oynaya bilәrәm?” – deyә o soruşmuşdu.
“Slavkayla olar, – demişdi anası. – Oğul ataya cavabdeh deyil”.

Bir dәfә Aqrafena gәlib soruşdu: “Döşәmәnizin altına vә
anbarınıza baxa bilәrәm?” Sanyanın anası: “Әlbәttә” – dedi.
Sonra birdәn tәәccüblә: “Niyә baxırsan ki, Qranya?” – soruşdu.
Aqrafena artıq aynabәndin altındakı mismar cәftәli alaqapını aç-
mışdı, qaranlığa baş vurmağa hazırlaşırdı, yarı yolda ayaq saxladı.

“Necә yәni niyә, Klavdiya Alekseyevna? Sizin bu evinizi
bizә verirlәr axı. Baxmamış götürmәk olar?...”

“Necә yәni sizә verirlәr? Onu kim dedi?”
“Dedilәr dә... Nә bilim... – Aqrafena ona incik vә çaşqınlıq
içindә baxdı – Bәs siz kimә verilmәsini istәyirdiniz? İnsanlar
sizin üçün işlәyirlәr, neçә illәrdi zirzәmidә yaşayırlar, orada
bilirsәn necә nәmişlik var, bir gün dә qala bilmәzsiz...”
“Mәn kooperativin tam hüquqlu üzvüyәm! – anası elә çığırdı
ki, Sanya qorxdu. – Buna cәsarәt etmәyin! Hәlә ölmәmişәm!
Gedin, Qranya, anbarın qapısını bağlayın, bir dә mәnim yanıma
cәfәng işlәrdәn ötrü gәlmәyin!”
Aqrafena deyinә-deyinә getdi: “İnsanlar zirzәmidә yaşayır,
bunların veclәrinә dә deyil heç... bu cәnabların...” Amma hәr şey
bitmişdi. Anası bu barәdә bilirdi, Sanyanın ürәyinә dammışdı.
Yayın axırlarında anası onun üçün ad günü keçirdi. İstәyirdi ki,
hәr şey әvvәlkitәk olsun, ötәn illәrdәki kimi. O, dәrk etmirdi ki,
Sanya hәr şeyi başa düşür vә sәylәri әbәsdi. Bu bayramsız da
tamamilә ötüşmәk olardı vә bundan heç bir zәrәr dә gәlmәzdi.
Әlbәttә, yeni albomdan, fransız koloniyalarının markaları vurulmuş
şәffaf zәrflәrdәn imtina etmәk istәmәzdi, elәcә dә piroqlardan,
çiçәklәrdәn, konfetlәrdәn... Uşaqlardan ancaq Ruskayla Vera vә
kürәn Myuda gәlmişdi. Deyәsәn, Myuda sonralar, on il sonra
Ruskaya әrә getdi. O, mehriban, totuq-motuq, kök bir qız idi.
Vera isә bir qәdәr Sanyaya meyilliydi, qızın ondan xoşu gәldiyini
o da hiss edirdi. Bu, piroqlu, flokslu, sahildә axşam gәzintisi
olan sonuncu avqust idi. Anası çox çalışırdı ki, hәr şey hәmişәki
kimi olsun. Avqustun sonu üçün gözlәnilmәz, inanılmaz soyuq

136
   131   132   133   134   135   136   137   138   139   140   141