Page 137 - Yuri Trifonov
P. 137
Qoca
bir axşam düşdü. Lap oktyabr axşamına oxşayırdı. Çimәn yox
idi. Qarşıdakı sahilin alçaq yerindә kimsә toranlıqda güclә sezilәn
tonqal qalamışdı vә alovun uzun, sarımtıl әksi soyuq suda şam
şölәsi kimi titrәyirdi...
Qışda anası öldü. Әvvәlki hәyat qәflәtәn uçub tökülәn qumlu
sahillәr kimi çöküb dağıldı. Başqa hәyat başladı: başqa mәktәb,
ayrı uşaqlar, özgә çarpayılar, doğma şәhәrә oxşamayan yad bir
şәhәr, taxta sәkilәr, taxta evlәr... Sәrt şaxtada dәzgahlar gәtirdilәr,
Moskvadan bir hәrbi zavod kökünü bura saldı. Niyә geriyә
dönüb qum altında qalmışları eşib çıxarmaq gәrәkdi axı? Sahili
uçqun vurmuşdu. Şam ağacları, skamyalar, boz rәngli narın
qumluq, cığırlar, toz, küknar qozaları, siqaret kötüklәri, mamır,
cırılmış avtobus biletlәri, prezervativlәr, saç sancaqları, ilıq
axşamlarda qucaqlaşanların ciblәrindәn düşmüş xırda pullarla
birgә hәr şey aşağıya tökülmüş, gurultuyla axan suların çәnginә
keçmişdi.
...Aleksandr Martınoviç dözülmәz bürkülü, qızmar palatada
arvadının çarpayısı yanında oturmuşdu, onun әlini әllәrinә almışdı,
nәsә danışır vә düşünürdü: “Demәyәcәm, niyә deyirәm ki? Onsuz
da mümkün deyil. O bacarardı, amma mәn yox”. Tam rahatçılıq
içindәydi, bircә şeydәn nigaran idi ki, qoca otuz beş ildәn sonra
niyә peyda olub? Şәrtlәşdiklәri kimi, sonrakı günün axşamı qoca
yenidәn zәng etdi.
– E-e... – uzun-uzadı onun nıqqıltısını, sonra öskürәyini
eşitdi vә yenidәn gümrah, guruldayan sәsi gәldi – Buna cavab
vermәk kifayәt qәdәr çәtindi vә ya, bәlkә dә, hәddәn artıq sadәdi,
amma siz inanmayacaqsız axı. Çox tәәssüf ki, imtina edirsiz. An-
caq siz haqlısız, ev mәsәlәsini udmaq asan deyil, burada çoxlu
“pro end contra”lar1 var, siz haqlısız, әziz Sanya, başınızı cәncәlә
salmırsız...
– Bәs siz xatırlayırsızmı, – Aleksandr Martınoviç soruşdu, –
rәhmәtlik anam nәdәnsә sizi әclaf adlandırırdı?
Araya sükut çökdü. Bu dörd-beş saniyә әrzindә Aleksandr
Martınoviç macal tapıb düşündü: hәyatın elә bir düzәni var ki,
orada hәr şey müәmmalı şәkildә vә ali bir plana görә haşiyәlәnib,
1lehinə və əleyhinə (tərc.)
137