Page 142 - Yuri Trifonov
P. 142
i Trifonov

vermәyәcәk, o isә aradan bir qәdәr keçәndәn sonra yenә iyrәnc
bir tәkliflә yüyürüb gәldi, bağ üçün susәpәnlәr vә ya yol üçün
sement plitәlәri kimi cәlbedici şeylәr tәklif etdi vә Oleq Vasilyeviç
dә incikliyә göz yumub tәzәdәn onunla lәyaqәtsiz әlaqәyә girdi,
borc pul verәrәk aynabәnddә birgә araq içdi. Amma bu köhnә
yanaşma tәrzi әvvәlki Mityaya aid idi, – adәti bәlli, başına sığal
çәkmәk, yaxşılıq göstәrmәk, istәnilәn vaxtdasa başından rәdd
etmәk mümkün olan Mityaya. Әvvәlki Mityanın – hәrifin, işlәk
adamın, gözü onun-bunun әlindә olanın vә içki düşkününün
başına oyun açırdılar. Amma indiki Mitya ayrı idi, qәtiyyәn
әvvәlki deyildi. Axı o, rәqibә çevrilmişdi! Doğrudur, tәhlükә
böyük deyil, amma şübhә doğurur, o, Aqrafenanın elә-belә
qohumu yox, qardaşı oğludu ki, bu da zarafat deyil. Mәrhәmәtli
insanlar, mehriban qonşular daim nәsә bir hoqqa çıxarırlar. Mitya
yeni qisimdә yalnız iki dәfә ortaya gәldi: dәfn mәrasimindә vә
dәfndәn sonrakı gün. O, iki nәfәr dostuyla yük maşını gәtirmişdi,
istәyirdi lәngimәdәn Aqrafenanın bütün köhnә-külәsini – dolabını,
çarpayısını, televizorunu, tikiş maşınını... yüklәyib aparsın. Evdә
tәkcә Polina Karpovna olsaydı, bu iş rahat baş tutacaqdı. Ancaq
Zina idarә heyәti üzvlәrindәn birini vә mühasib Taisiyanı çağırdı,
onlar da soruşdular: hansı әsasla aparırsan bu şeylәri? Miras
hüququ sübut olunmalıdı. Mitya qışqırıb-bağırdı, dostları qızıb
özlәrindәn çıxdılar, üçü dә bir az kefliydi, әhvalları elәydi ki,
tezliklә böyük vur-çatlasın başlamasını gözlәyirdilәr, әvәzindә
bu gözlәnti indi kim bilir, ya hәmişәlik, ya da müәyyәn müddәtә
tәxirә salınırdı, buna isә dözmәk olmazdı. Onlar qaranlıq düşәnәcәn
ağızlaşdılar, Taisiya milis dalınca qaçdı. O, düzgün adam idi.
Oraya az maya qoyulmamışdı. Bu isә әbәs yerә deyildi, qoyulanlar
İsveçrә bankındakı kimi itmәz, hәlә üstünә faiz dә gәtirәrdi.
Taisiya kişilәrdәn betәr bağırıb söyüş söyürdü. Heç özünә
yaraşmayan, bu müqәvvaya oxşar adamla necә yaşadığı bilinmәyәn
xoşxislәt qadın – Mityanın arvadı kabinadan yerә düşmür: “Mit,
qoy rәdd olsunlar... gәl çıxaq gedәk...” – deyә ah-ufla bildirirdi.
Öz sınıq-salxaq maşınında qaza basıb gәlәn milis Valeranın kö-
mәyiylә onlar istәyinә nail oldular. Sonra Mitya uzun müddәt

142
   137   138   139   140   141   142   143   144   145   146   147