Page 145 - Yuri Trifonov
P. 145
Qoca

maz. Bunu sәnә dәqiq deyirәm. Mәnә inana bilәrsәn. Belә ki,
Mitrişka, sәnin işin fırıqdı.

– Bәs... – Mitya başını aşağı әyib, gözlәrini qıyaraq hәdsiz
bicliklә Oleq Vasilyeviçә baxdı. – Bәs onda nә yüyürüb gәlmisәn
üstümә?

– İndi izah elәyәrәm. Әvvәlcә, anlamalısan ki, sәnin heç bir
haqqın yoxdu. Tamamilә, qәti olaraq heç bir haqqın. Boşuna
çırpınmağa dәymәz.

– Bәs... – Mitya istehzalı tәrzdә tәkrar etdi, sәsini qısıb bic-
bic gözlәrini bir az da qıydı. – Bәs qәyyumluq? Bәs kiminsә
himayәsindәdirsә?

– Yәni himayәdә olan sәnsәn? Aqrafenyanın himayәsindәsәn?
Mitka, güldürmә gәl! Ha-ha! Başını xarab elәyiblәr, sәn dә ina-
nırsan, sarsaq. Bu cәfәng şeyi kim deyib sәnә?

– Ağıllı adamlar deyib. Sәndәn dә ağıllıları var, bil. Anatoli
Zaxarıç deyib, Qrafçikov. O, әla kişidi, hәr şeyi düz izah elәyib.

– Get bilirsәn, öz Qrafçikovunun harasından öp? – Oleq
Vasilyeviç hirslәndi. – Sәni niyә çaşdırır o heyvan? Sәn heç
kimin himayәsindә olmamısan. Qranka sәni nә yedizdirib, nә dә
içizdirib. Onun sәni görmәyә gözü yox idi! Sәn onun üçün taun
kimi bir şey idin. Sәndәn qaçıb çarpayının altında gizlәnirdi.

– Amma bütün yolxәrcimi verirdi.
– Yәni araq pulunu!
– Onu kim dedi?
– Onu hamı bilir! Sәn mәşhur әyyaşsan. Hamı tәsdiqlәyәr.
– Elә düşünürsәnsә, sarsaqsan – Mitya sakitcә dedi. – Özün
bilirsәn ki, heç kim olmayacaq... onlar sәnә pәrәstiş elәmir,
Vasiliç. Qrafçikov isә, Anatoli Zaxarıçı deyirәm, dedi ki, Qranyanın
mәnә yemәkpulu, mәnzilpulu vermәsini tәsdiqlәyәcәk. Deyir,
sәn narahat olma.
– Bütün bunlar sәfehlikdi. Arvadın ola-ola sәn kiminsә hima-
yәsindә necә ola bilәrsәn? Sәni bibin deyil, arvadın yedirtmәlidi.
– Yavaş elә, boğazında qalar... Klavka arvadım yox, mәşuqәmdi.
Bizim nikahımız yoxdu.
– Deyәk ki, elәdi, yaxşı, amma sәn işlәmirsәn axı, peşәn var,
dәmirçisәn, qeyri-adi taxtapuş ustasısan, özün özünü tәmin edә

145
   140   141   142   143   144   145   146   147   148   149   150