Page 149 - Yuri Trifonov
P. 149
Qoca

istilәr oktyabrın axırınacan davam elәyәcәk, sonra sәngimәlidi.
Baldızı nüvә sınaqları keçirildiyini israr edirdi, deyirdi ki, iqlim
ona görә korlanıb, sözsüz ki, bu, cәfәngiyyatıydı. Baldızı Pavel
Yevqrafoviçi öz “yaxşılıqlarıyla”, gözә soxduğu sәxavәti vә eyni
zamanda sәfehliklәriylә haldan-tәbdәn çıxarırdı.

Onun xidmәtlәrini heç kim inkar etmirdi. Hamının yadındaydı.
Qalya deyirdi: “Lyubanın bizim üçün elәdiklәrini heç vaxt unut-
maram. Lyuba olmasaydı, uşaqlar mәhv olmuşdu”. Doğrudu, üç
il, qırxıncı ilәcәn, yәni onlar burada olmayana qәdәr Lyuba hә-
mişә Qalyayla birgә uşaqların qayğısına qalmış, qorumuş, onları
tәxliyә yerinә – Lısvaya aparmış vә oradan Ruslanı müharibәyә
yola salmışdı. Pavel Yevqrafoviç isә müharibәdә olduğundan,
uzun müddәt orada olmamışdı. Lyuba Sokolinıy Bordakı bağ
evini dә xilas etmişdi. Bütün bunlara görә sağ olsun. Bәs sәfehliyi
nәdәydi? Yox, radio dinlәmәdiyindә, qәzet oxumadığında, masa
arxasında boşboğazlıq etdiyindә deyildi, o, gizlicә güman edirdi
ki, Qalyayla tәn gәlә bilәr.

Dәrd dә elә bundaydı. Yetәr, Lyuboçka! Siz bacınızdan beş
yaş kiçik olsanız da, heç bir cәhәtdәn: üzünüz vә әlbәttә, gözlәriniz
sarıdan özünüzü Qalyayla müqayisә edә bilmәzsiz, buna heç
cәhd dә etmәyin, ağıl barәdә isә heç söhbәt ola bilmәz. Amma
siz yaxşı adamsız. Qayğıkeş, vicdanlısız. Sözsüz ki, yaxşı, çox
yaxşı adamsız, bunu hamı bilir. Bütün tanış-biliş, qohumlar:
“Lyuba necә dә yaxşı adamdı” deyirlәr. Bәzilәri isә: “Axı, o,
demәk olar ki, bacısından ötrü hәyatını qurban verib” – deyә
әlavә edirlәr. Bәzi şeylәr doğru olsa da, hәr şey söylәnilәnlәr
kimi deyildi. Otuz yeddidә Lyubanın iyirmi doqquz yaşı vardı,
bir dәmiryolçu ona evlәnmәk tәklif etsә dә, o, imtina etmişdi,
çünki bacısı uşaqlarının yükünü öz üstünә götürmüşdü. Hәr şey
yadımızdadı, bilirik, qiymәtlәndiririk, heç vaxt unutmarıq, amma
iyirmi yaşında bir qız kimi açıq-saçıq sarafanda, özü dә qocalıq
çili basmış kürәyini bayırda qoyub çılpaq gәzmәk yaramaz,
Lyuboçka...

Hәkimlәr baldızına nәsә yaxşı xәbәr demişdilәr, o, Moskvadan
ruh yüksәkliyiylә qayıtmışdı, çiyәlәk gәtirmişdi, hәm dә elә bil
cavanlaşmışdı. Aynabәnddә oturub çiyәlәk yeyir, çay içirdilәr.
Yanıq iyi dolmasın deyә bağa açılan qapını vә şüşә framuqanı

149
   144   145   146   147   148   149   150   151   152   153   154