Page 151 - Yuri Trifonov
P. 151
Qoca

– Necә deyәrlәr... – Nikolay Erastoviç tәrәddüd içindә Veraya
baxdı, gözlәriylә “deyim, yoxsa demәyim?” mәslәhәtlәşmәsi
apardı. Sonra isә: – Bilirsiz, iş ondadı ki, danışan o altaylı
qocanın özü deyil.

– Hә! – Viktor dedi. – Aydındı.
– Nә aydındı? – Pavel Yevqrafoviçin sәbri tükәndi. – Vitka,
yalan demә! Bu cәfәngiyyatı başa düşmәk olmur.
Araya sükut çökdü. Nikolay Erastoviç etiraz etmәdi, guya
Pavel Yevqrafoviçin dediklәrinә әhәmiyyәt vermirdi, elә bil
deyilәnlәri heç o birilәrin dә qulağı çalmamışdı, sükutda boz
pәrvanәlәrin aynabәndin şüşәlәrinә çırpılmasından doğan cürbәcür
sәslәr eşidilirdi. Amma baldız, tәbii ki, sakitlәşә bilmәdi vә bu
söhbәti davam etdirmәk istәdi. Pәrt halda pıçıltıyla soruşdu:
– Nikolay Erastoviç, әzizim, siz, әlbәttә, mәnim kimi qoca
bir axmağı bağışlayarsız, amma mәn heç nә başa düşmәdim axı.
Necә yәni danışan özü deyil?
O, yenә çiyinlәrini çәkәrәk gülümsündü.
– Әşi, elә şey deyil. Әgәr başa düşmürsüzsә, buna cәhd
elәmәk heç lazım da deyil... – O, ağayana bir jest elәdi: yәni
bundan sonra da yaşaya bilәrsәn, icazә verirәm. – Özü dә bunu
izah elәmәk uzun işdi.
– Uzun işdi? – Lyuba tәәccüb elәdi. – Necә yәni uzun işdi?
– Çox uzun işdi. Lap bir ömürlük.
– Siz sadәcә mәnә lağ edirsiz... Vitya, sәn bir şey başa
düşdünmü? Xalana da başa sal, lütfәn.
Viktor gәrginliklә, qaşqabaq içindә özünü-sözünü toparladı,
vicdanla izah etmәk istәdi. Amma sözlәr vә düşüncәlәr pәrәn-
pәrәn idi. Bu zaman heç bir sәbәb olmadan Pavel Yevqrafoviçin,
nәyә görәsә, hәmişә yazığı gәldiyi Viktorun anası, bәdbәxt
Myuda kömәyә gәldi:
– Sәn, yәqin, onu nәzәrdә tutursan ki, qoca öz öncәgörümlәrinә
ekstaz vәziyyәtindә nail olur? Yuxulardakı kimi?
– Könlünü almağa çalışma, – Pavel Yevqrafoviç dedi. –
Lyubov Davıdovna, sәnә tәlqin etmәk istәyirlәr ki, o qocanın
diliylә danışan Tanrının özüdü. Bütün sirr bundadı. Nikolay
Erastoviç dindar adamdı, biz isә sәninlә – yox. Buna görә dә biz
heç vaxt onu başa düşmәyәcәyik, elәcә dә – o bizi.

151
   146   147   148   149   150   151   152   153   154   155   156