Page 148 - Yuri Trifonov
P. 148
i Trifonov

Svetlananın nömrәsi cavab vermәdi. O, iki dәfә zәng edib, uzun
zaman gözlәdi.

Telefonun dәstәyini yerinә qoyan kimi isә zәng gәldi.
Tanış, zәrif sәs eşitdi:
– Oleq Vasilyeviç? Nәhayәt ki! Sizә bu gün zәng etmişdim,
yox idiniz. Angelina Fyodorovnadı.
– Hә, hә! – dedi o, kimin zәng etdiyini dәrhal anşıra bilmәdi.
– Ah, Angelina Fyodorovna! Eşidirәm sizi.
– Elә şey deyil, Oleq Vasilyeviç, sadәcә sizdәn xahiş etmәk
istәyirdim ki, sabah gәlәsiz vә sidiyinizdәn tәkrar gәtirәsiz. Gәlә
bilәrsizmi?
Oleq Vasilyeviç cavab tapanacan qarnının içindә ani bir
soyuq gizildәdi vә o, sәfehcәsinә soruşdu:
– Nәdәn ötrü?
– Bәzәn biz bir neçә mәqamda tәkrar analiz vermәyi xahiş
edirik. Nәdәsә şübhәlәnәndә әmin olmaq istәyirik.
– Bilirsiz, Angelina Fyodorovna, sabah mәn heç cür gәlә
bilmәrәm. Mәn Şeremetyevoda nümayәndәlәri qarşılamalıyam. –
İxtiyarsız olaraq qorunmağa çalışan Oleq Vasilyeviç yalan danışdı.
– Lütfәn, onda birigün, – Angelina Fyodorovna razılaşdı, –
sabah yox, birigün gәlin.
Hava qurşun kimi ağır idi, meşәlәr yanırdı, Moskva boğanaq
içindәydi, küçәlәri, evlәri gömgöy tüstü, bomboz kül aram-aram
ağuşuna alıb görünmәz edirdi, hәr yan boz, qırmızımtıl, qara
rәngә çalan toranlıq içindә boğulurdu, bu tüstü-duman hәr saat
bir rәngә düşür, zәhәrli qaz kimi burum-burum yayılırdı, yanıq
iyi, dәm buxarı hәr yana dolurdu, xilas olmaq mümkün deyildi,
göllәrin suyu çәkilmişdi, dayazlaşan çayların daşları görünürdü,
kranların suyu sısqalıb güc-bәlayla axırdı, quşlar oxumurdu: bu
planetdә günәşin öldürdüyü hәyatın sonu çatmışdı. Axşamlar
cürbәcür dәhşәtli şeylәr danışırdılar. Vera küçәdә bir nәfәrin
yıxılmağını görmüşdü. Sanki ağır-ağır göstәrilәn kino lentiymiş:
o adam dizlәrini yuxarı qaldıra-qaldıra bir neçә addım yerindә
saymış, sonra başı әyilmiş vә yıxılmışdı. Metroda isә bir qadın
huşunu itirmişdi. “Veçernaya Moskva” qәzeti matәm elanlarıyla
doluydu. Avara itlәri güllәlәyirdilәr. Bir qoca bildirirdi ki, bu

148
   143   144   145   146   147   148   149   150   151   152   153