Page 153 - Yuri Trifonov
P. 153
Qoca

nifrәtiydi, ya da әksinә, onun kiniydi dolmuşdu canına. O, güclә
eşidilәcәk boğuq sәslә dedi:

– Mәn heç kimә xidmәt etmәmişәm vә heç bir mükafat-filan
da gözlәmәmişәm...

Nikolay Erastoviç papirosunu tüstülәdә-tüstülәdә artırmaya
tәrәf addımladı. Çox keçmәdi ki, Veroçka otaqdan çıxdı, atasına
sarı heç nәzәr dә salmadı, yanından ötәrkәn dedi:

– Rusik demişdi ki, Prixodko barәdә yadına salım.
– O, burda yoxdu. – Pavel Yevqrafoviç dalınca sәslәndi.
– Gәlib. Sәhәr özüm görmüşәm.
Pavel Yevqrafoviç qara şüşәyә düşmüş әksinә baxa-baxa
masanın arxasında yalqız oturmaqdaydı. Yox, bu gün heç yana
gedә bilmәzdi, ayaqları ağrıyırdı. Başında da sәs-küy vardı.
Tәzyiqi qalxmışdı. Öz otağına getsinmi? Deyәsәn, hәlә tez idi
axı. Oxumağa gözlәri әl vermirdi, yatmağı isә bacarmırdı, gecә
saat üçә kimi eşәlәnirdi yerinin içindә, yaxşısı elә aynabәnddi –
adamların olduğu yer. Bura işıqlıdı, abajurun altında lampa yanır.
Belәcә xeyli oturdu. İnsanlar bağdan evә, evdәn bağa adlayır, nә-
dәnsә şikayәtlәnir, ah çәkir, öz aralarında söhbәt edir, qapının ar-
xasında yox olurdular – o isә bunlara mәhәl qoymur, fikirli-fikirli
kәnara baxırdı. Belә götürәndә, xüsusi bir düşüncәyә dә dalmamışdı,
sadәcә baş-beyni yorğun idi. Sonra gecәyә dәrin sükut çökdü,
pillәkәndәn yüngül pәncәlәrin sәsi gәldi, qapı cırıldadı vә Arapka
sıxıla-sıxıla içәri girdi, üzünü döşәmәyә sarı әyib şöngüdü,
quyruğunu buladı. Nәzakәtli köpәk! Pavel Yevqrafoviç sevindi
vә evdәkilәrin kimisi içәridә, kimisi bağçada uzanıb-yatıb deyә
çalışdı ki, takka-tuk salmadan köpәk üçün mәtbәxdәn nәsә axtarıb
tapsın...
On doqquzuncu ilin avqustunda adı unudulmuş hansısa bir
xutorda da belә bir bürkülü gecәydi. Yovşan qoxusu gәlirdi – әsl
gәnclik qoxusu. Bu kәdәr – yәni hәmin yovşan qoxusu heç vaxt
sәnә bu qәdәr tәsir etmәmişdi. Qasid çaparaq teleqram gәtirmişdi.
O gecә onsuz da heç kim yatmamışdı. Yuxu nә gәzirdi! VIII vә
IX ordunun qovuşduğu yerdәn yüz verst qәrbә sarı Mamontovun
müdafiә xәttini yarması xәbәri bizi dolu kimi vurub yerimizdәcә
dondurmuşdu. O, bizә tәrәf deyil, әslindә uzağa – şimala sarı

153
   148   149   150   151   152   153   154   155   156   157   158