Page 157 - Yuri Trifonov
P. 157
Qoca

kazak qiyamları coşmuşdu. Döyüş meydanından ayırıb çölün
düzünә, kolun-kosun içinә – sakitliyә vә dincliyә atmışdılar.
Qiyamçılara qarşı mübarizәdәn ötrü yaradılmış Xvesinin korpusu
işlәri korlamışdı, özünü itirib geri çәkilmişdi. İyunda yenә Miqulin
yada düşdü. Budur, Cәnub Cәbhәsi İnqilabi Hәrbi Şurasının
(İHŞ) üzvü Sokolskinin Respublika İHŞ sәdrinә teleqramı:
“Kozlov, 10 iyun. Denikin dәstәlәri, görünür, üç atlı alay heyәtiylә
Kazanska soxulublar. Üsyanın Xopyorska, Ust-Medveditsaya
yayılmaq tәhlükәsi әhәmiyyәtli dәrәcәdә artıb. Cәnubda cәbhә
açılmışkәn, Boquçardan Ust-Medveditsaya qәdәr Donun sol
sahilini tutmaq, şimal dairәlәrindә üsyanın qarşısını almaq üçün
ekspedisiya ordusuna tapşırıq verilib. Xvesin kömәksiz bir
vәziyyәti üzә çıxarıb. Cәsarәtlә tәklif edirәm ki, tәcili olaraq
keçmiş 23-cü diviziyanın rәisi Miqulini korpus komandiri tәyin
edәsiz. Xahiş edirәm cavabınızı tәcili Kozlova göndәrәsiz. Cәnub
komandanlığı hamılıqla razıdı. Sokolski.”

Bu barәdә növbәti gün İHŞ sәdri birbaşa xәtlә ötürdü:
“Moskva. Sklyanskiyә. Miqulinin Ekspedisiya korpusuna komandir
tәyin edilmәsini Sokolski tәkid edir. Etiraz etmirәm. Serpuxovla
әlaqә saxlayın. Müsbәt mәqamda tәcili Miqulini çağırın. 11 iyun
1919-cu il. İHŞ sәdri Trotski.”

Hәr yerdәn sıxışdırılıb çölün düzünә, kolun-kosun içinә
atılmış hәmin adamlar idi! Tәyinatla Baş komandan Vasetis
razılaşdı. Miqulin elә hәmin gün әmri almışdı. Gün nәdi – elә
hәmin saat! Dona uçaraq getdi. Şura korpus komissarı tәyin
edilmişdi, mәn dә, әlbәttә ki, onunla birlikdә çıxmışdım yola.

Arxivdәn bir çıxarış da budur: “Cәnub Cәbhәsi İHŞ-nın
әmri. Ekspedisiya korpusunun adı dәyişdirilib, Xüsusi korpus
edilir. Korpus bilavasitә Cәnub Cәbhәsinin tabeliyinә keçir. Eks-
pedisiya korpusunun komandiri Xvesin yoldaş vәzifәsindәn azad
edilir, bununla belә xәstәliyiylә әlaqәdar şәxsi mәzuniyyәtindәn
istifadә etmәk hüququ saxlanılır vә o, Cәnub Cәbhәsinin ehtiyat
komandirlәr heyәtinin tәrkibindә qalır. Xüsusi korpusa yoldaş
Miqulin komandan tәyin edilir vә ona ordu komandanı hüququ
verilir. Yoldaş Miqulin korpus komandanlığına tәcili başlamalı,

157
   152   153   154   155   156   157   158   159   160   161   162