Page 162 - Yuri Trifonov
P. 162
i Trifonov

dә onu car çәkirdi ki, Don sahillәrindә dayanıqlı xalq hakimiyyәti
qurmaq istәyir, әsl sovet hakimiyyәti, yoldaş Leninin vә yoldaş
Kalininin dediyi kimi – generallarsız vә mülkәdarlarsız, başında
bolşeviklәr dayanan, amma komissarları olmayan bir hakimiyyәt.

Bu hayqırtılardan bәzi insanlar çaşırdı. Bir qisim adam
peysәrini qaşıyırdı. Digәrlәri isә: “Yaxşı, qoy olsun, ona ordu
verәrik...” deyirdilәr. Bir dә sәrkәrdә şöhrәtpәrәstliyi vardı onun.
On doqquzuncu ilin baharında Rusiyada sәrkәrdәlik şan-şöhrәtlәri
әndazәyә sığmırdı – bizimkilәr, ağlar, yaşıllar, qaralar... Alay ko-
mandiri, keçmiş unter Maslyuk, Miqulinin adını belә sakitcә
eşidib hәzm edә bilmirdi. Dodaqları bir-birinә sıxılır, almacıq
sümüklәrinin donqarı titrәyir, alnındakı Avstriya nacağından
qalma çәpәki çapığın yeri ağarırdı. Maslyuk heç vaxt Miqulin
barәdә nә yaxşı, nә dә pis bir söz demirdi – onun söz demәyә dili
çönmürdü sadәcә. İş onda deyildi ki, Miqulin Don kazakı kimi
düşünürdü, Maslyuk isә Voronej kәndlisitәk. Heç mәsәlә birinin
unter, o birinin podpolkovnik olmasında da deyildi, dәrd ondaydı
ki, özgә şöhrәti qırtlaqdan aşağı getmir, boğazda ilişib qalır...

Әslindә bizә dost sayılmasa da, mәn Asyaya Maslyuk haqda
danışmıram, çünki fәhm edә bilmirәm. Axı bu şeylәr dәrhal dәrk
olunmur. Bizim söhbәtimiz sevinc dolu pıçıltıyla, gözümüzә işıq
gәtirәn xoşbәxtliklә bitdi:

– Onu tanımaq olmur! Tamamilә başqa adamdı... ilahi, bizә
korpus verildiyi üçün necә dә sevinirәm! – Vә yenidәn tәşviş
içindә: – Bәs sәnin Şuranın Sergey Kirilloviçә münasibәti necәdi?

Deyirәm: ona hörmәti var.
Amma bütün bunlar elә yaxşı başladı ki... İlk bir neçә gün...
Oh, necә dә gözәl, coşquyla, sürәtli vә tәkidlә! Sәfәrbәrlik, tәlim,
atışma, mitinqlәr, nitqlәr, gecәlәr uzunu yazıb-yaratmalar vә
Asyanın diktәsiylә haylı-küylü, od saçan “undervud” vәrәqlәrindә
çap edilәnlәr, özü dә altında belә bir imza: “Mixaylinsk stanitsasının
vәtәndaşı, Kazak Vilayәti Don ordusu, S.K.Miqulin.” Budur, bir
üzündә Butırlinovski qәnnadı fabrikindә konfet bükmәk üçün
bәnövşәyi rәngli kvadratlar olan çirkli vәrәqә, o biri üzündә isә
“Don vilayәti qaçqınlarına” çağırışı. Onun mәğzi belәydi: “Vәtәn-
daş kazaklar vә kәndlilәr! Ötәn il Krasnovun әks-inqilab dalğası

162
   157   158   159   160   161   162   163   164   165   166   167