Page 163 - Yuri Trifonov
P. 163
Qoca

sizin çoxunuzu doğma çöllәri vә ev-eşiyi tәrk etmәyinizә sәbәb
oldu. Çox әzab-әziyyәt çәkәsi oldunuz... Әgәr general Denikin
qalib gәlsә, heç kimә xilas yoxdur. Hara qaçırsansa qaç, neylәyirsәn
elә, sәni hardasa kadet bandası divara dirәyәcәk vә axırına çıxa-
caq... Amma biz qalib gәlsәk... Belәliklә, vәtәndaş sürgünolunmuşlar,
hamınız yanıma!.. Qorxun ki, ölülәr eşidib ayılsın, amma siz ya-
tasınız! Kölәlik zәnciri artıq başınızın üstündәdirsә, qorxun!”
Yazının axırı, әlbәttә, әladı: “Sosial inqilaba eşq olsun! Yaşasın
әsl hәqiqәt!”

Asya gizlincә xısınlayır vә xahiş edir ki, heç kimә demәyim,
çünki Miqulin istәmir denikinçilәrin Mixaylinskini tutanda onun
ailәsinә cәza verdiyini kimsә bilsin. Anasına işgәncә veriblәr,
atasını vә qardaşını güllәlәyiblәr. Miqulinin müharibәdәn qabaq
ayrıldığı arvadı qızlarıyla qaçıb canını qurtarıb. Böyük oğlu isә
alman cәbhәsindә hәlak olub. Qaçqınlar danışırdı ki, evinә-
eşiyinә od vurublar vә qalaqlanmış külün ortasına üstündә:
“Burada bir ilanın – Don satqını Miqulinin nәsli kәsilib” yazısı
olan bir dirәk dә basdırıblarmış. Dәrdinә şәrik olmağa vә
canıyananlıq etmәyә qürur aman vermir. Axı bu, xәyanәt etmәmәyin
zәmanәti olan qanlı divantutmadı!

– Niyә xahiş edir ki, heç kim bilmәsin?
– Pavlik, o, qәribә adamdı... O, qeyri-adi, sadәdildi...
Sadәdil – mәni heyrәtә salan bu sözü xatırlayıram. Yәqin,
belәdi: o, öz nәfinә heç nәdәn xeyir qazanmağı nә bacarır, nә dә
istәyirmiş. O, Asyaya da uzun zaman heç nә demәyib. Sonra
danışaraq xәbәrdarlıq edib: “Hәr şey burdaca od tutub, heç kim
dә toxunmayıb”. Qәribә hәqiqәtdi. Bir dәfә Asyayla qәrargah
vaqonunun yanında dayanıb söhbәt edirik. Asya vaqona qısılıb,
oradan beş-on addım da aralana bilmir, ona aralanmağa icazә ve-
rilmir, ona görә ki, hәr an hansısa bir әmri vә ya çağırışı makinada
yazmaq lazım ola bilәrdi (görәsәn, mәhz ona görәmi?). Onunla
mübahisә edib deyirәm:
– Asya, başa düş... – Bu zaman Miqulin peyda olur, qaşlarını
düyüb, acıqlı halda baxır.
– Cavan oğlan, siz mәnim arvadıma Anna Konstantinovna
deyә müraciәt edә bilәrsiz. – Vә kobud sәslә bağırır: – Bir dә
dilinizdәn Asya kәlmәsini eşitmәyim, anladınız?

163
   158   159   160   161   162   163   164   165   166   167   168