Page 168 - Yuri Trifonov
P. 168
i Trifonov

döyüşmәk lazım idi! Miqulin yeni Don kazak korpusunu yaratmağa
başlayır. Biz Saranskda yerlәşmişik. Korpusun yaradılması prosesi
dәhşәtli dәrәcәdә lәng gedir. Şura isә İHŞ-in Doqquzuncu ordu-
suna yeni tәyinat alıb. Ona görә dә Asya qorxu içindәdi.

– Axı o, Sergey Kirilloviçin söhbәt edә bildiyi yeganә adamdı!
Düzdür, onunla da mübahisә edir... Qalanlarının isә heç kölgәlәrini
yaxına buraxmır. Qalanları – düşmәnlәrdi.

– Elәcә düşmәnlәrdi, hә?
– Düşmәnlәrdi! – Asyanın gözlәrindә bir mәtinlik vә qәzәb
hissi var, – bir Miqulin qәzәbi. Pıçıldayır: – Bilәrәkdәn göndәrirlәr
üstümüzә... şimal dairәlәrindәn göndәrirlәr... onların işi mәlumdu,
oraları yaman günә qoyublar... Sergey Kirilloviçin onları görәn
gözü yoxdu! Onlara Denikindәn betәr nifrәt edir!
– Hara göndәrirlәr?
– Bizim bütün siyasi komissarlar ordandılar... Xopyorskdan...
Gediş әrәfәsindә hazırlıq görülürdü. Ev yiyәsinin kәklikotu
qoxusu gәlәn, sandıqlı, ikonalı otağında Şurayla söhbәt gedir. O,
mәrhәmәtlә Şuradan soruşur: hara buraxıblar? Hanı cәbhә? Niyә
dünya proletariatı mürgülәyir, ayılmır? Ev yiyәsi guya dilxor
olmuşdu, amma qırxılmış gülümsәr üzündәn sevindiyi bilinirdi.
Birdәn o, pıçıltıyla bildirir:
– Vәtәndaş kommunistlәr, nәdәn apardığınız müharibә
alınmadı? Mәn sizә açıqlayım: sizin generallarınız yoxdu.
Qәrargahlarda dәftәr-kitab mәmurları oturub. Baş qәrargahda
isә eynәkli Levka işlәyir. Bәyәm onun generala qarşı ağlına nәsә
gәlәrmi?
Şuranın bu başıbәlalı Miqulin korpusunu tәrk etmәk hәvәsi
yoxuydu, amma burada qalmaq da artıq әhәmiyyәtsiz idi. Qolço-
maqlar düz mırıldanır: generallar yoxdu. Olanları da ağ göbәlәk
kimi duza qoyuruq. Böyük bir axmaqlıqdı. Şuranın sevimli
ifadәsi: böyük axmaqlıq. Çünki Şuranın işә tәkan vermәk üçün
bütün sәylәri, onun bütün teleqramları, Cәnub Cәbhәsinin nüma-
yәndәlәriylә davası – istәr şifahi, istәrsә dә birbaşa rabitә vasitәsilә
olsun – bir nәticә vermirdi. Necә deyәrlәr, nә әldәn qoyur, nә
yardan doyur. İyunda istәdiyi iyulda onu pәjmürdә edir, sonra isә
gah elә olur, gah belә. Şura: “Axıracan inanın!” fikrini heç kimә

168
   163   164   165   166   167   168   169   170   171   172   173