Page 170 - Yuri Trifonov
P. 170
i Trifonov

çilik”. Bu mәtn sanki yuyulması mümkün olmayan qırmızı sur-
ğuc-möhürlә hәlә dә qalmaqdadı. Naum Orlik! O, heyәtlәri tәyin
etmәyi vә siqnatur yapışdırmağı sevirdi. İnsanlığa, daha doğrusu,
insana әczaçı münasibәti on illәrlә uzanıb gedirdi, hazır formuladan
asan bir şey yoxuydu, indi isә hәr şey bir-birinә qarışmışdı. Za-
man-zaman heç bir şey alınmırdı. Gәnc vә orta yaş hәddindә
olan kütlә mәnә, xüsusilә sirli görünür. Qocalardan nәsә anlamaq
olur. Qocalar yaxındı. Mәn qocalara siqnaturları heç dә Orlikdәn
pis yapışdırmaram, cavanlara gәlәndә isә dalana dirәnirәm. Belә
bir hәllәm-qәllәm dolaşıqlıqdı! Burada Naum da dolaşıb qalardı,
o da üzr dilәyәrdi. “Ax, biz bu şeylәrin hamısına görә çox
günahkarıq, çox! Sanki sonralar öz qanımızın içindәcә boğulmaqdan
ötrü Don tәrk edildi, özbaşına buraxıldı...” Bu oxuduğum nәdi?
İlahi, bu ki MİK-ә mәktubdu. “Don sahillәri apreldә, martda o
zamankı qızıl ordu sıralarına böyük sayda soxulmuş tәxribatçıların
at oynatmasıyla üz-üzә qalmışdı. Qәrәzsiz tarix cәbhә kazaklarının
bu ağır faciәsini haçansa әdalәtlә işıqlandıracaq.” Yüzlәrlә
güllәlәnәn, sürgün olunan kazaklar arasında günahsızlar vardı.
İnqilab elә bir vәziyyәt yaratmışdı ki, bәdbәxt stanitsa sakinlәri
baş verәn hadisәlәrin dәrkindә gücsüz idilәr... Ölkәni bürüyәn
aclıq, indisә Don әtrafında mal-qaranın, taxılın müsadirәsi onlar
üçün anlaşılan deyildi... Mәn dәrindәn әminәm ki, kazaklar düşü-
nüldüyü qәdәr dә әks-inqilabçı olmayıblar... Mәnim haqqımda
yalandan kim nә deyirsә-desin, kim nә uydurursa-uydursun, pro-
letariatın önündә tәntәnәli surәtdә bәyan edirәm ki, ona xәyanәt
etmәmişәm vә etmәrәm. Bir şeyi xahiş edirәm: mәni bir bitәrәf
kimi, amma 1906-cı ildәn inqilabın keşiyindә duran birisi kimi
başa düşsünlәr...” Sonrası yaxşı yadımdadı. Kazak şöbәsi üzvlә-
rindәn kiminsә bildirdiyi kimi, deyәsәn, Vladimir İliç demişdi:
“Belә insanlar bizә lazımdı. Onlardan mәharәtlә istifadә edilmәlidir”.
Bu sözlәrә Kalinin dә rәğbәtlә yanaşırdı, ancaq bәzi lәyaqәtsiz
kommunistlәrin tәnqidi ucbatından Miqulinin partiya әleyhinә
gedә bilәcәyi tәhlükәsini dә bildirirdi.

Ya Rәbbim, bütün bunları bir sözlә ifadә etmәk necә dә
mümkünsüzdü! Amma hәr dәfә çalışıram. Miqulinin sağlığında
“xain” vә “satqın” kimi sözlәr qışqırmağa cәhdlәr edilmişdi, indi

170
   165   166   167   168   169   170   171   172   173   174   175