Page 175 - Yuri Trifonov
P. 175
Qoca

Soruşursan ki, dayının vә sәnin korpusdan gedişinizdәn sonra
nәlәr baş verdi? Әlbәttә, sәn tәfәrrüatıyla bilә bilmәzdin. Cürbәcür
vә dәhşәtli şayiәlәr gәzirdi. Mәncә, bunları Sergey Kirilloviçin
düşmәnlәri yayırdı. Әlbәttә, o, tündmәcazlığından hansısa bir
qorxaq işçini pis sözlәrlә tәhqir edә bilәrdi, buna görә mәn hәmi-
şә xәcalәt çәkirdim vә onunla savaşırdım. Axı o, çox hirsliydi!
O, kommunistlәri dә möhkәmcә söyәrdi, amma kommunizmin
düşmәnlәrinә qatı nifrәt edirdi vә bütün ömrü boyu onlara qarşı
döyüşürdü. Mәncә, hәlledici zәrbәni onun partiyaya qәbul üçün
әrizә verdiyi vә qәbul edilmәdiyi ayda – avqustda vurdular.
Ondan öz siyasi şöbәsi imtina etdi. Tәk birindәn – Loqaçevdәn
savayı, o adamların soyadlarını indi yadıma sala bilmirәm. Bu
soyadı Sergey Kirilloviç tez-tez tәkrarlayardı, hәmişә dә kin vә
nifrәtlә, bәzәn dә tәhdidlә: “Bu yaramazın payını verәcәm bir
gün!” Bir nәfәr ucaboylu, qaraşın, tüklü adam vardı, hәlә biri dә
yaşlı, qurnaz – mәncә, latış idi, rusca pis danışırdı. Sergey Kiril-
loviç öz yerlilәrindәn bәzilәrinә, xüsusilә nifrәt edirdi, onlar Ust-
Medveditski dairәsindәn idilәr, vaxtilә inqilab komitәsindә çalış-
mışdılar vә yanlış xәtt yürütmüşdülәr, o isә bunlarla razılaşma-
mışdı, mübahisә etmişdi. Sergey Kirilloviç hәmişә kazak toplu-
muna görә dә mübahisә edirdi... Kazak toplumu әtrafında o
zaman bir sıra söz-söhbәtlәr dolaşırdı, bәzilәri tәrәfini tuturdu,
bәzilәri әleyhinә gedirdi, niyә fikir müxtәlifliyi yarandığının
mәğzini indi xatırlaya bilmirәm, bir o yadımdadı ki, S.K. әsәbi-
lәşirdi, onları yekәbaş vә әclaf adlandırırdı, deyirdi ki, bu dәy-
yuslar inqilabı mәhv edәcәklәr. Hesab elәyirdi ki, onun zәhlәsi
getdiyi, özünә düşmәn saydığı adamları bilәrәkdәn yanına gön-
dәrirlәr, vәzifәlәri dә ona göz qoymaq, nәzarәt etmәkdi. Әlbәttә,
öz adamları arasında onları çox kobud – düdüklәr, güdükçülәr
adlandırırdı. Ümumiyyәtlә, korpusda narahat bir ab-hava vardı.
Xüsusilә dә sәnin dayın – Danilov gedәndәn sonra belә bir mühit
yaranmışdı. Hә, indi xatırladım soyadını: Danilov. Onların arası
dәymişdi. Nәyә görә? Bilmirәm. Mәncә, bu, cәbhә qәrargahından
göndәrilmiş hansısa komissiyanın ucbatından baş vermişdi. Sergey
Kirilloviç deyirdi: “Yoxlayanları bir ucdan yollayırlar, amma nә
qәdәr xahiş etsәm dә, әlavә qoşun göndәrә bilmirlәr.”

175
   170   171   172   173   174   175   176   177   178   179   180