Page 172 - Yuri Trifonov
P. 172
i Trifonov
yәni bu yaxınlarda ÜMİK-in nümayәndәsinin dә qeyd etdiyi
kimi: “Biz kәndlәri dağıdan vә mәhv edәn komissarları qәti
şәkildә aradan götürәcәyik, kәndlilәrә isә özlәrinә gәrәkli vә
xeyirli olanı seçmәyi tәklif edәcәyik...” Bilirәm ki, ifşa etdiyim
pisliklәr partiya üçün tamamilә qәbuledilmәzdi... Görәsәn, bәs
nәyә görә pisliklәri göstәrmәyә cәhd edib, onlarla açıq mübarizә
aparanlar güllәlәnmә hәddinә qәdәr tәqib olunurlar? Bәlkә dә,
bu mәktubdan sonra mәni dә belә bir tale gözlәyir...”
Bu mәktub kimlәrә ünvanlanmışdısa, o adamlar vaxtında
oxumadılar. Yoxsa hәr şey başqa cür ola bilәrdi. Әvәzindә başqa-
ları oxudu. Belә çıxır ki, әsas pislik elә sәmimiyyәt imiş. Özü
özünә qazıbmış quyunu! Bu zaman korpus komandiri vurnuxmaya
düşdü. Ona korpus üçün adam verәn yoxuydu. Xahiş elәyirdi ki,
әlә keçmiş fәrarilәri korpusa göndәrsinlәr – imtina edirdilәr.
Kәndlilәrin sәfәrbәrliyә alınmasını tәklif edirdi – yox deyirdilәr.
Avqustun әvvәlindә partiyaya girmәk üçün әrizә verdi, siyasi
şöbә, başda Loqaçev vә Xarin olmaqla, öz komkorlarını üzvlüyә
qәbul etmәdilәr. Bәla bundaydı ki, Çapayevin yanında olan Fur-
manov kimi, onun әtrafında әsl komissarlar yoxuydu. Belәlәri
haqda Sәkkizinci qurultayda da deyilmişdi: “...komanda heyәtinin
dәyәrli şәxsiyyәtlәriylә әl-әlә verib qısa müddәtdә döyüş qabiliyyәtli
ordu yaradılmışdı”. Lenin hәr şeyi tәfsilatıyla bilmirdi, amma
bәdbәxtçiliyin mahiyyәtini başa düşürdü. Qusevә ünvanlanan
mәktub! On doqquzun sentyabrı! “Cәnuba yuxulu keylәri deyil,
enerjili, bacarıqlı komissarları göndәrmәk lazımdı...” Әlli birinci
cilddә... Әlfәcin olmalıdı... Budur ha! Budur! İHŞ üzvü Qusevә
mәktub... Sergey İvanoviçә... “...işimizdә durğunluqdu – demәk
olar ki, hәr şey bәrbaddı... Mamontov da yerindә sayır. Görünür,
yubanmaq yubanmaq dalınca gәlir. Şimaldan Voronejә gedәn or-
dular gecikdi. 21-ci diviziyanın cәnuba köçürülmәsindә lәnglik
oldu. Avtomat-pulemyotlarla bağlı iş yubandı. Rabitә işlәri dә
lәng getdi. Quruculuqla da әlaqәdar geridәyik. Payızda fürsәti
әldәn versәk, Denikin üçqat güclәnәcәk, tanklar vә digәr şeylәr
әldә edәcәk. Belә olmaz. Sükunәtdәn çıxıb, işi canlandırmaq
lazımdı”.
Bu barәdә Miqulin hәlә yayda haray salmışdı! Axı dәhşәtli
bir ölüvaylıqla, lәngliklә formalaşan onun korpusuydu!
172