Page 169 - Yuri Trifonov
P. 169
Qoca
tәlqin edә bilmәdiyinә görә bu qәdәr qәzәblidi. Miqulindәn dә
ona görә incikdi ki, o, azğınlıq edәrәk özünә ziyan vurur, siyasi
şöbәnin işini yoxlamağa gәlmiş Cәnub Cәbhәsinin xüsusi nüma-
yәndәsini az qala yumruqlayıb qovmuşdu.
Siyasi komissarlar, tamamilә gәnc Loqaçev vә Xarin daxil
olurlar. Loqaçevin iyirmi üç yaşı var, Xarin bir qәdәr ondan
böyükdü. Loqaçev Novoçerkasskdandı, tәlәbәdi, Xarin rostovludu,
fәhlәdi, qazanxana ustasıdı. Hәr ikisi fevral vә mart aylarında
şimal dairәlәrindә müsadirәlәr keçirib, sәrt, qorxubilmәz icraçılar
olaraq “Xopyorsk kommunistlәri” adıyla tanınıblar vә әlbәttә,
Miqulinin onlarla düşmәnçiliyi var.
– Aleksandr Pimenoviç, demәli, bizi tәrk edirsiz? – Nazik,
balaca burunlu Loqaçev soyuq-soyuq gülümsündü. Hәmişәki
kimi, başını geri ataraq lovğa-lovğa yuxarıdan baxdı. – Sizin bu
gedişiniz gәmidәn qaçan mәşhur hәşәratların qaçışına bәnzәmirmi?
– Mәn qulluq adamıyam. Әmr belәdi... – Şura qaşqabaqlı,
amma incimәdәn izah edir.
– Bәs mahiyyәtcә necә? İçindә nә hiss elәyirsәn bәs?
Onlar gәncdilәr. Hәr ikisini gah coşqu, gah da qorxu hissi
çulğayır. Miqulin qәzәbli halda onları güllәlәmәklә tәhdid edir.
Onlarsa hәbslә, güllә hökmü verdirmәklә hәdәlәyirlәr. Birlikdә
necә işlәsinlәr ki? Heç bir iş getmir. Korpus fәaliyyәtsizlikdәn
çökür. Denikin isә, eyni zamanda cәbhәni yarmağa hazırlaşır vә
bir neçә gündәn sonra ordulararası savaşa Mamontovun süvarilәri
dә soxulacaq.
– Daxili hissiyyatıma görә, uşaqlar, mәnim sizә yazığım
gәlir. İstәmirәm sizi korpus komandirinin çәnginә verim. O, si-
zin axırınıza çıxacaq...
– Bәlkә, biz onu?.. O düşmәni?.. – cantaraq qazanxanaçı
gözlәrini qıyır.
– O, düşmәn deyil. O, inqilabçıdı, kәndlidi, yәni xırda
burjuydu. Bizim üçün dәyәrli insandı, çünki düşmәnimizin
düşmәnidi. Aydındır? Bu gerçәkliyi dәrk edә bilmәyәnә qәdәr
sizin işiniz qorxulu vә tәhlükәli olacaq...
Şura hәr şeyi çox gözәl anlasa da, bu görkәmli inqilabçıyla
işlәmәyә gücü vә sәbri çatmırdı. Trotski Miqulinә göndәrdiyi ilk
teleqramlardan birindә belә yazırdı: “Don tәsisatçısı vә solçu eser-
169