Page 171 - Yuri Trifonov
P. 171
Qoca
dә “leninçi” vә “inqilabçı” deyәrәk hayqırmağa sәy göstәrirlәr.
Bir sözlә izah etmәk mümkün olsaydı, gecәyarısı oturub bu
kağızları eşәlәmәzdim... Amma gecәlәrdәn birinin dә belini
qırdığım üçün kağızlara tәşәkkür düşür... Saat üçdür. Nә yuxum
var, nә dә sәsi-sorağı. Sanki başım bir az ayazıyıb. Yenә hәr şeyi
yaxşı dәrk elәyir vә hәr şey barәdә düşünürәm. Budur, Miqulin
haqda oxuyuram, tәxminlәr, fәrziyyәlәr әlindә zülm çәkirәm,
amma ortada bircә fikir qalır: görәsәn, o yanar odun içindә
Ruska neylәyir? Xәstәlәnmәyib ki? O, başısoyuq cavandı, özü
üçün, öz hәyatı üçün sәfehlik edir, daim nәsә törәdir...
Bu da bir mәktub: gecikmiş, uzun, coşquyla dolu, sarsıdıcı:
“...Gözlәrim önündә yalnız indi açılan heçliyә doğru artıq gedәn
deyilәm vә nә qәdәr canımda can var, kazakların lәkәlәnmәsinә
qarşı bütün gücümlә mübarizә aparacam. Mәn kәndlilәrin mәişәt
tәrzlәrinә vә dini görüşlәrinә toxunmadan, vәrdişlәrinә dәymәdәn
şәxsi örnәklәr göstәrmәklә gözәl vә işıqlı hәyata aparmağın
tәrәfdarıyam, arpanı buğdadan seçә bilmәyәn, ağzı süd qoxulu
kommunistlәrin boğazdan yuxarı işlәtdiklәri ifadәlәri dәstәklәmirәm;
onlar hәlә bir mitinq zamanı yekәxanalıq elәyib kәndlilәrә
tәsәrrüfatı necә idarә etmәyi dә öyrәdirlәr... (O, mәnimi nәzәrdә
tuturdu? Hәr dәfә bu yeri oxuyanda fikirlәşirәm ki, yәqin, mәnә
işarә vurur. Mitinqlәrdә mәn dә taxıl yığımınacan Denikini
darmadağın edәcәyimizi üyüdüb-tökürdüm...) Mәn xalqa işlәyәn,
onun torpaq vә iradә haqdakı arzularının hәqiqi müdafiәçisi kimi
sәmimi bir insan olaraq qalmaq istәyirәm vә әn sonuncu vasitәyә
әl atıb saxta kommunistlәrin üstümә atdıqları hәr cür böhtanı
inkar edirәm... Kazakçılığın lәğviylә bağlı faş olunmuş iblisanә
plan mәni mәcbur edir ki, sәslәndirdiyim bәyanatı mitinqlәrdә
tәkrarlayım. 1. Mәn bitәrәfәm; 2. Bu vaxta qәdәr olduğu kimi,
axıracan bolşeviklәr partiyasıyla birlikdәyәm; 3. Komanda
heyәtinin döyüş vә tәrbiyә sahәlәrinә saxta kommunistlәrin hәr
cür müdaxilәsini yolverilmәz sayıram; 4. İnqilab vә әzab çәkmiş
kazaklar adından bu işlәrә son verilmәsini tәlәb edirәm... Әhalini,
tәlәf etmәk mәqsәdilә süni şәkildә vә qәrәzlә qızışdıran bütün
әclaflar tәcili hәbs olunmalı, mәhkәmәyә verilmәlidi... Hakimiyyәtin
ayrı-ayrı casuslarının vurduqları pisliklәrә qarşı mübarizә aparıram,
171