Page 176 - Yuri Trifonov
P. 176
i Trifonov

O, әdalәtsiz münasibәtә görә çox mәyus olmuşdu. Әlbәttә,
mәn tarixçi vә siyasi işçi deyilәm, qәti qәrar verә bilmirәm,
amma hәmin hәftәlәrdә onu yaxından müşahidә etmiş bir insan
kimi demәk istәyirәm: o, inqilaba vә sovet hökumәtinә sadiq idi,
bәzilәri isә onu düşmәn olmağa sövq edirdilәr. Әslindә o, işçilәrin
davranışını vә çatışmazlıqları tәnqid edirdi. Bunu inkar etmәk
olmaz. Xatırlayıram ki, axşamlar vaqona gәlir, buyruqçu İvanı
harasa göndәrir, pәlәng kimi gәzişir, susur, ağrıdan bağırırmış
kimi hәrdәn hayqırırdı. Soruşuram: “Seryoja, nә baş verib?” –
“Ax, danışmağa hәvәsim yoxdu...” Sonra birdәn çığırmağa baş-
layır: “Denikin hücuma keçir! Mәni isә dustaq saxlayırlar. Mәn
cәbhәyә can atıram! Onları sәrәncam vermәyә mәcbur edәcәm!”
Danilov gedәndә, o, son dәrәcә mәyus halda gәldi vә: “Әgәr ka-
torqaçının sәbir kasası bu cür daşıb dağıldısa, bәs mәnim hansı
yolum qalır – alnıma güllә sıxmaq?” – dedi.

Siz getdiniz, onu öldürdülәr. Bәs sonra? Qәrargahdakılarla,
komandirlәrlә bütün gecәni bitib-tükәnmәk bilmәyәn müşavirәlәr
keçirildi. Vәziyyәt gәrgin idi. Bәzilәri müşavirәyә qatılır, bәzilәrini
içәri buraxmırdılar. Yadımdadı, o vaxt Sergey Kirilloviç gәrgin
işlәyirdi, nәsә bir proqram yazırdı, mәn onu makinada çap
edirdim, amma nә olduğu indi tamamilә yadımdan çıxıb. Sonra
mәhkәmәsindә hәmin yazı onun özünә qarşı bir dәlil kimi
işlәdildi, guya o, qabaqcadan xәyanәtkarlıq haqda düşünürmüş,
amma bu, düz deyildi. Әslindә tarixi mövzuda öz mükalimәlәrindәn
ibarәt mücәrrәd bir şey yazmışdı. O, fәlsәfәylә mәşğul olmağı,
fikir yürütmәyi, mübahisә etmәyi çox sevirdi, ali tәhsil almasa
da, ağıllı adamların çoxunu dalana dirәyirdi. Cәnub cәbhәsinә,
Respublika İnqilabi Hәrbi Şurasına hansısa teleqramlar göndәrilirdi,
oradan cavablar yollayırdılar vә hamısı da xoşagәlmәz; nәhayәt,
onun hansısa bir qәrara gәldiyini hiss edirәm. Axı Denikin çox
uğurlu bir hücumdaydı. Hәyәcanlı xәbәrlәr gәlirdi. O, dözә
bilmәdi. Başqa xasiyyәtli, ehtiyatlı adam özünü әlә ala bilәrdi,
Sergey Kirilloviç isә partladı. Onu müdafiә etmirәm, Pavel,
xatırlayanda, sadәcә ağlayıram vә ağlayıram... o, tәlәsik yanıma
gәlib kimisә lәnәtlәyәrәk soruşdu: “Mәn neylәyim axı? Dillәn,
bir mәslәhәt ver!” Әlbәttә, başa düşürdüm ki, heç bir mәslәhәt

176
   171   172   173   174   175   176   177   178   179   180   181