Page 178 - Yuri Trifonov
P. 178
i Trifonov

olmadığını bildirdi. Bütün bunlar bağlı qapılar arxasında vә
yaxın çevrәdә, etibarlı insanlar arasında müzakirә olunsa da,
әlbәttә, cәbhә qәrargahında xәbәr tutmuşdular. Çünki çuğulçular
vardı. Sergey Kirilloviç lazım olan hiylәgәrlik hissindәn mәhrum
idi, boş yerә çoxuna etibar edirdi. Mәsәlәn, alay komandiri
Yurqanovu әsl dost sayırdı, o isә, hәtta mәhkәmәdә hamıdan pis
davranır, özünә haqq qazandırırdı ki, Sergey Kirilloviçi niyә
güllәlәmәyib – belә bir әclaf idi. Hәtta yalandan uydururdu ki,
guya ona güllә atıb, amma dәymәyib, buna görә bağışlanmasını
dilәyirdi, xeyri olmadı ancaq. Deyәsәn, mövzudan yayındım...

Yanson soruşdu: doğrudanmı komandanlığın әmri olmadan cәb-
hәyә girişmәk istәyirsiz? Sergey Kirilloviç qәtiyyәtli sәslә vәziyyәti
izah etdi. Bu cümlәlәri xatırlayıram: “Әtrafımda elә bir atmosfer
var ki, boğuluram... Mәnә sadiq olan yüzlәrlә insanın doğma di-
viziyaya qoşulmasına razıyam”. O, komandanlığından martda
kәnarlaşdırıldığı 23-cü diviziyanı nәzәrdә tuturdu. Hәmin
diviziyanın rәisi vәzifәsinә yaxın dostu Malikovu qoymuşdular.
Ümumiyyәtlә, o, әvvәlcә tәmkinli vә mükalimәli danışırdı, hәtta
özünә bәnzәmirdi. Yanson bildirdi ki, İnqilabi Hәrbi Şura adından
әmr edir: heç bir hәrbi hissә icazәsiz göndәrilmәsin.

Sergey Kirilloviç dedi: “Onda tәk gedirәm. Artıq burada ya-
şaya bilmirәm, mәni amansızcasına tәhqir edirlәr!” Yanson Sergey
Kirilloviçin Penzaya gәlmәsini tәlәb etdi. Öz aramızdı, yadımdadı
ki, belә söylәdi: “Gәlin, birlikdә bir şey fikirlәşәk. İndi burada
cәbhә komandanı da yoldaş Danilovdu”. Amma cavabında o,
birbaşa tәhlükәsizliyi sarıdan qorxduğunu, konvoysuz gәlmәyәcәyini
bildirdi. Yanson әminliklә qorxmamağı tapşırdı, sonra da konvoy
mәsәlәsinә razılıq verdi. Sergey Kirilloviç 150 nәfәr tәlәb etdi.
Yaxşı, dedi, 150 nәfәr götürün, tәcili gәlin. Sergey Kirilloviçin
son sözünü xatırlayıram, arxayınçılıq xәyanәtә çevrilәndә rәngi
ağarmışdı, üzündәn tәr süzülürdü, hәm dә o gün çox istiydi, tele-
fonun dәstәyinә qışqırırdı, mәnsә qarşısında durmuşdum. Gözlәrini
mәnә zillәsә dә, heç nә görmürdü, çığırırdı: “Xahiş edirәm, 23-cü
diviziyanı xәbәrdar edәsiz ki, mәni Penzaya çağırırlar, başıma
bir iş gәlsә, qoy bilsinlәr! Yoldaş Yanson, inandığım bir insan
kimi, özümü sizә etibar edirәm!”

178
   173   174   175   176   177   178   179   180   181   182   183