Page 177 - Yuri Trifonov
P. 177
Qoca
verә bilmәrәm, çünki ümidsizlik içindәydim. Neylәmәli? Heç nә
düşünә bilmәsәm dә, bu vaxt ancaq onu sevir vә dәhşәtli dәrәcәdә
yazığım gәlirdi.
Birdәn o, mәnә: “Sәn tәcili getmәlisәn!” – deyir. “Niyә?”
“Belә lazımdı.” Heç nә izah elәmir. Mәn duyuq düşdüm. “Sәn
cәbhәyә gedirsәn? Onda mәn dә sәninlә gedirәm!” Bütün gecәni
mübahisә elәdik. Mәni özüylә heç yana aparmaq istәmirdi, get-
mәyә dә başqa yer yox idi. Anam, atam, bacım Vera cәnubdaydılar,
cәbhә xәttindәn o yanda. Bir qohumumuz da vardı, atamın Smo-
lenskdә yaşayan bacısı – Aqniya bibi, onun yanına getmәdәn isә
qәti şәkildә imtina edirdim. O, mәnim üçün yad bir adam idi,
polyaka әrә getmiş, öz xoşuyla katolikliyi qәbul etmişdi, iş heç
bunda da deyildi, sadәcә mәn Sergey Kirilloviçi tәrk edә bilmәz-
dim. Belә olduqda başladı mәni yola gәtirmәyә ki, Voronej qu-
berniyasına – onun bacısının yanına gedim, amma hәmin yerlәrdә
indi kimlәrin: bizimkilәrin, yoxsa ağların olduğu mәlum deyildi.
Belәliklә, xoşbәxtlikdәn getmәyә yer yoxuydu vә mәn onunla
birlikdә qaldım. Hәr şey sürәtlә dönüb-dәyişdi. Onun müraciәt
yazdığını xatırlayıram. Kömәkçisi Korovin hәmin müraciәtin
hәdsiz kәskin olduğunu bildirdi, bir qәdәr yumşaltmağı xahiş
etdi. Yenә mübahisә etdilәr vә uzun müddәt boğuşdular, siyasi
şöbәnin işçilәri tәlәb edirdilәr ki, Sergey Kirilloviç bәzi komandirlәri
aradan götürüb mәhkәmәyә versin, o, razı olmurdu. Yadımdadı
ki, dostu Mişa Boqdanov özünü güllәlәmişdi. Bu hadisә ona çox
ağır tәsir etmişdi. Necә oldusa, Sergey Kirilloviç birdәn-birә
ruhdan düşdü vә sanki özbaşına hücum etmәk fikrindәn daşındı.
Amma bu zaman, birbaşa rabitә xәttiylә Cәnub cәbhәsi rәhbәrlә-
rindәn biriylә, dәqiq xatırlamıram, olsun ki, Yansonla söhbәt edә
bildi... Söhbәti isә yaxşı xatırlayıram, çünki mәnim yanımda ol-
muşdu vә Sergey Kirilloviç dә sonra tәfsilatıyla danışmışdı. Bu
söhbәtin tәsiri dağdan qopan birinci daşa bәnzәyirdi, ardınca
güclü uçqunlar gәtirmiş oldu.
Söz yox ki, Sergey Kirilloviç düşünüb-daşınmışdı, bәlkә dә,
әblәhcәsinә, bәlkә dә... yox... mәn öz әrimi mühakimә etmәyә
girişmirәm, ancaq bilirәm, o, çox tәmiz insan idi vә çıxış yolunun
177