Page 180 - Yuri Trifonov
P. 180
i Trifonov
etmirdi. Bir dәfә dә mәni qaranlıqda qamarladı, guya başqa bir
qadınla sәhv salmışdı, әslindә әla görürdü ki, bu, mәnәm vә
zorla әlindәn qurtulub dedim: “Siz korpus komandirindәn qorx-
mursuz? Axı bilmiş olsa, sizi yerinizdәcә doğrayar”. O, qeyri-
sәmimi şәkildә gülümsünәrәk dedi: “Hәlә bilmәk olmaz kim
kimi doğrayar!”. Bu, mәnim heç xoşuma gәlmәdi. Fikirlәşdim
ki, o, Sergey Kirilloviçә pislik edә bilәr. Pavel, mәni bağışla.
Mәn son dәrәcә tәfsilatıyla yazıram vә durmadan davam edirәm,
hәr şey ardıcıl yadıma düşür, hamısı da bir-birindәn yenidi, bir-
birinә bağlıdı, başa düşürsәn, çoxdan – Sergey Kirilloviç düşmәn
elan edilәndәn bәri bunları unutmaq istәyirdim, heç kimә heç nә
danışmamışam, o ki qala nәsә yazmış olam. Yaddaşımda bu
qәdәr şeylәr olduğuna özüm heyrәt edirәm. Axı әlli ildәn artıq
vaxt keçib. Yox, bizim bu insan yaddaşı deyilәn şey, hәqiqәtәn,
tәbiәtin möcüzәsidi.
Bir sözlә, әlimdә qeydlәr dayanmışam, bilmirәm neylәyim?
Düzünü desәm, onun cәbhәyә yürüş etmәsini istәmirdim. Mәnә
yad olan heç dә hansısa ali bir düşüncәyә, inqilaba, nizam-
intizama görә bu fikrә düşmәmişdim, siyasәtdә güclü deyilәm,
sadәcә ondan ötrü qorxurdum: hiss edirdim ki, güllәyә sarı
dartınır, ölmәk, mәhv olmaq istәyir, nәinki sürünmәk. Ölüm onu
zәrrә qәdәr dә qorxutmurdu, mәni isә onun ölümü çox qorxudurdu.
Mәn belәyәm, hәmişә yaxınlarımdan ötrü narahatam. İstәyirdim
ki, hәr şey qaydasına düşüb sülh yaransın deyә o, Penzaya getsin.
İnanmırdım ki, Miqulini hәbs edә bilәrlәr, öldürülә bilәcәyini isә
tam cәfәng hesab edirdim! Bu ad hәddәn artıq mәşhur idi. Birdәn
o, vaqona girdi, yox, girmәdi, soxuldu, yeniyetmә kimi bir sıçra-
yışla içәri tullandı, – Miqulin yaşına yaraşmayacaq qәdәr cәld idi –
mәktubu görüb soruşdu: “Bu nәdi?” vә әlimdәn qapdı. O, çox
qısqanc idi. Mәn hәmin şәxsә düzünü demişdim: әgәr Miqulin o
adamın mәni, mehtәr qaranlıqda qız qamarlayan kimi, necә qa-
marladığını görsәydi, onu sadәcә öldürәrdi. O, mәktubu oxudu,
gülümsündü vә cırdı. Hәmin mәqama qәdәr Penzaya getmәmәk
qәrarını vermişdi, amma mәktub işlәri qarışdırdı: mәndәn utandı
elә bil. Qüruruna toxunmuşdu. Fikirlәşdi ki, mәn onun Penzaya
danışıqlara getmәkdәn imtina etmәsini mәktubda yazılanlardan
180