Page 181 - Yuri Trifonov
P. 181
Qoca

qorxmasıyla bağlaya bilәrәm. Dәrhal әmr verdi ki, stansiyaya
gedib vaqon danışsınlar. Adamlar vә atlar üçün çoxlu vaqon –
bütöv bir qatar lazım idi. Tezliklә yaxın adamlarından biri –
pulemyotçular dәstәsinin komandiri çapıb gәldi vә dedi ki,
Saransk stansiyasının rәisi vaqonların olmadığını bildirib. Nә
vaxt olacağı da mәlum deyil. Bir parovoz vә bir vaqon verә bilәr,
başqa heç nә. Miqulin bunu belә yozdu ki, onlar hiylә işlәdir,
onun konvoysuz getmәsini istәyirlәr. Bu zaman o hirslәnәrәk
bağırdı: “Onlarla razılığa gәlmәk lazım deyil! Verdiklәri vәdi
yerinә yetirmirlәr!” Hәr şey yenidәn başqa sәmtә yönәldi.

Miqulin kazakları mitinqә yığmağı әmr etdi. Şәhәrә bütün
giriş-çıxışlar bağlanmışdı. O, bәzi işçilәri hәbs edәrәk girov kimi
saxlamaq әmri dә vermişdi. Mitinqdә müraciәt oxudu, yaxşı
yadımdadı ki, cәbhәyә getmәk vә Denikinlә döyüşmәk, inqilabı
xilas etmәk çağırışını etdi, elәcә dә, özünün dediyi kimi, “saxta
kommunistlәr”lә dә savaşa çağırdı. Bu, bir növ ümumxalq
müzakirәsi idi, o, nә etmәk barәdә döyüşçülәrlә mәslәhәtlәr apa-
rırdı. Qorxunc bir gәrginlik vardı, qışqırışırdılar, hәtta göyә atәş
dә açırdılar. Mәn tribunanın arxasında durmuşdum, rahalıq tapa
bilmirdim, canımı әsmәcә tutmuşdu, qorxurdum ki, kimsә qara-
güruhun içindәn ona atәş açar. O isә coşqun ilhamla danışmağı
bacarırdı, mәn belә bir natiqә heç yerdә rast gәlmәmişdim. Öz
aramızdı, qızıl әsgәrlәri dilә tutub Sergey Kirilloviçә qoşulmamağa
çağıran adamlar çıxış edirdilәr, onları hәdәlәyir, Miqulini açıq-
açığına söyürdülәr, onun qanundankәnar elan edildiyini bildirirdilәr.
Mәnsә onların cәsarәtinә tәәccüb edirdim. Çünki adamların çoxu
onların әleyhinәydi. Sergey Kirilloviç hamıya danışmağa icazә
verirdi, amma әsәbilәşirdi, sözlәrini kәsib, qışqıra-qışqıra etirazını
bildirirdi, o qara, pırpızsaçlını isә qәfil tribunadan qovaraq çığır-
dı: “Mәn döyüşçülәrim arasında tәşviqat aparmağa izn vermә-
rәm!” Sonra hәmin siyasi şöbә adamını komendant bölüyünün
döyüşçülәri hәbs etdilәr. O qışqırdı: “Mәni güllәlәyә dә bilәrsiz,
Miqulin, ancaq mәn sizi xain adlandırıram!” Sergey Kirilloviç
heç kimi güllәlәmәyәcәyini dedi, çünki ölüm hökmünün әleyhinәdi.
Xatırlayıram ki, dövlәt xәzinәsindәn götürülmüş hansısa pullar
әtrafında mübahisә edirdilәr. Zabey-Boroda soyadlı bir komandir

181
   176   177   178   179   180   181   182   183   184   185   186