Page 186 - Yuri Trifonov
P. 186
i Trifonov

Görәsәn, Miqulinin yürüşündәn dәrhal sonra etdiyi bu müraciәti
ona göndәrsinmi?

“Әzablar çәkmiş rus xalqı, sәnin gördüyün zülmlәr vә
işgәncәlәr fonunda sәnә vә vicdanına yağdırılan tәhqirlәrә heç
bir namuslu, hәqiqәtsevәr vәtәndaşın dözmәmәli vә bu zorakılığa
susmamalıdı. Bütün hakimiyyәti, torpağı, fabrik vә zavodları öz
әlinә al.

Biz, sәnin maraqlarının gerçәk müdafiәçilәri, indi cәbhәyә –
qәddar düşmәnin olan general Denikinlә döyüşә gedirik vә
dәrindәn inanırıq ki, mülkәdarları vә kapitalistlәri geri qaytarmaq
istәmirsәn, çalışırsan ki...” Belә, belә... Sonrası bu cür idi: “Don
inqilab korpusunun qırmızı bayrağı üstündә: bütün torpaqlar
kәndlilәrә, bütün fabriklәr fәhlәlәrә, bütün hakimiyyәt kәndli,
kazak vә fәhlә Şurası deputatlarının simasında zәhmәtkeş xalqa!” –
yazılmışdı. Fәrari adlananların hamısı mәnә qoşulub, qarşısında
Denikinin tab gәtirә bilmәyәcәyi vә kommunistlәrin diz çökәcәyi
azman bir qüvvәni tәşkil edir.

Don inqilab korpusunun komandanı vәtәndaş Miqulin”.
Bax alәmi bir-birinә bu cür vurmuşdular. Hәr şey qarışıq
düşmüşdü. O, әmin idi ki, korpus artıb genişlәnәcәk, amma
әksinәydi – azalma gedirdi. İndi götürәk onun Kazak şöbәsiylә
münasibәtlәrini. Hә, ilk vaxtlar münasibәtlәr pis deyildi. Moskvaya
gedәndә, o, hәmin şöbәdәkilәrlә görüşmüşdü, kömәk olunacağına
söz vermişdilәr, bu da onlar haqda xoş sözlәr demәsinә sәbәb
olmuşdu. Sonra korpusa şöbәnin bәzi emissarları gәlmişdi, onlar
yazdıqları mәruzәlәrindә yaxşı rәy bildirmişdilәr. Asya, bәs niyә
müfәssәl mәlumat verdiyin o mitinqdә Miqulinin Kazak şöbәsini
“it şöbәsi” vә “soxulcanaoxşar kor bağırsaq” adlandırması barәdә
heç nә yazmırsan? Bu, onun dilindәn çıxan sözlәrdi!
Qayıdaq o mәsәlәyә ki, kim inanırdı, kim yox... Hә, düzünә
qalanda, hamı inanırdı! Hamı bir nәfәr kimi. Belә bir müraciәt
olunan tәqdirdә necә inanmayaydın:
“Yoldaşlar! Miqulin vә Sovet Respublikası arasındakı konflikti
sülh yoluyla çözmәk üçün bütün tәdbirlәri görmüşük. İndi
danışıqların vaxtı bitib, bilmәyiniz lazımdı ki, sizi hara çәkir vә
nәyә tәhrik edirlәr, bu barәdә Respublika İnqilab Şurasının
qәrarını çatdırırıq.

186
   181   182   183   184   185   186   187   188   189   190   191