Page 191 - Yuri Trifonov
P. 191
Qoca
Pavel Yevqrafoviç evә girib qapını arxasınca bağladı. Heç
kimlә danışmaq istәmirdi. Әvvәlki kimi sinәsi ağrıyırdı, amma
danışmaq istәmәmәsi bundan ötrü deyildi. Bundan ötrü deyildi,
yox. Hamı birlikdә – iyrәncdi. O, Arapkanı xilas etdi. Bәs
qalanlarını necә xilas edәsәn? Mәsәlәn: “Odeey! Odeey! Odu
haa!..” qışqıran uşağı. Vә ya doğma nәvәni. İndi Prixodkoyla
necә danışmaq olar? Fikirlәşdi ki, Qalyanın sağlığında bütün
bunlar baş verә bilmәzdi. İtlәrә belә divan tutanlar, bu cür hәr
şeyә burnunu soxan uşaqlar, belә istilәr olmazdı. İstilәr görünmәmiş
bir şeydi, buralara mәxsus deyil, o dünyanın istilәridir. Qalyanın
sağlığında hәr şey başqa cür idi.
Kreslo-yellәncәkdә oturmuşdu, birdәn Erastıçla Veranın sәsi
gәldi. Pәncәrәnin altında, aşağıda, lap yaxınlıqdaydılar. Yavaş
danışsalar da, tәrs kimi, o, hәr şeyi eşidirdi. Hәtta, tәәccüblü dә
olsa, danışıqlarının sәsi açıq-aydın gәlirdi. Veroçka şikayәtlәnirdi:
“Dәhşәtli dәrәcәdә hәyәcanlanıram. Üzünә baxa bilmirәm. Elә
qocalıb, elә әldәn düşüb, elә mәzlum, elә qәribә olub ki... Güclә
yeriyir...” Erastıç: “Ürәyinә salma. (Bu nә sәfehlikdi: “ürәyinә
salma...”. Özü elmi işçidi, danışdığı sözә bax.) Heç qardaşını iç-
kini tәrgitmәyә mәcbur edә bilәrsәnmi? Heç qocanın sağlamlığını
geri qaytarmağa gücün çatarmı? Demәli, ürәyinә salmaq lazım
deyil.” Sakitcә dinlәyirdi. Yeni heç nә yoxuydu. Әzab verәn o idi
ki, xәlvәti qulaq asırdı, kreslo-yellәncәkdәnsә qalxmaq asan
deyildi. Güc lazım idi vә o, bir müddәt tәrәddüd etdi, bilmәdi
ayağa qalxmaq kimi çәtin bir işә başlasınmı, ya yox, ümid edirdi
ki, aşağıdakı söhbәt öz-özünә sona çatacaq. Bәrkdәn öskürdü vә
әlağacıyla döşәmәni möhkәm döyәclәdi, işarә verdi ki, yaxınlıqda
oturub. Yox, eşitmәdilәr, söhbәtlәrinә davam etdilәr. Vera qәmgin-
qәmgin deyirdi: “Düzünü deyirәm, axı mәnim ona yazığım gәlir.
Niyә o, gecәlәr uzunu oturur, yatmır, kağız-kuğuzunu eşәlәyir...” –
“Tanrıya şükür ki, mәşğuliyyәti var”. – “Bu, mәşğuliyyәt deyil,
Kolya. Bu, nәsә...” – “Bütün qocalar bir az dәymәdüşәr olur.
Qocalıq – şizofreniya növüdür”. Vә çıxıb getdilәr.
“Bütün qocalar bir az dәymәdüşәr olur.” – Bu anlaşılmaz
ifadәnin üzәrindә düşündü. Hәmin xoşagәlmәz adam nәyi nәzәrdә
tuturdu? Deyilәn ifadә onu hәyәcanlandırırdı. Şizofreniya
anlaşılandı. Onu şizofreniyalı hesab edirlәr. Bәs dәymәdüşәrliyin
191